beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınını başdan çıxar

Əgər siz əzələli bədənə sahibsinizsə, bəyəndiyiniz qadının diqqətini cəlb etmək şansınız digərləri ilə müqayisədə daha çoxdur. Çünki, əzələli, enlikürək kişi əksər qadının xəyal etdiyi ideal sevgili obrazıdır. Çoxları düşünür ki, bütün həftə, hətta ay ərzində heç nə etməyib bir-iki gününü bütünlüklə idman salonunda keçirməklə əzələ yığmaq mümkündür. Amma unutmayın ki, birdən-birə özünüzə bu qədər yüklənməyiniz sizə xeyirdən çox ziyan gətirəcək, hətta bu davranışlarınız səhəttinizdə çox gec sağalan problemlər də yarada bilər. İdeal bədən quruluşuna sahib olmaq istəyirsinizsə, müəyyən bir cədvəl üzrə idmanla məşğul olmağınız məsləhətdir.

İndi isə, əziz kişilər, ən qısa müddətdə əzələli bədən quruluşuna sahib olmağın sirrlərini sizinlə bölüşmək istəyirik. Oxuyun və gündəlik həyatınızda bu maddələri tətbiq etməyə çalışın.

1. Əgər sizi ağırlıq qaldırma və bodyfitness ilə məşğul olursunuzsa, yediklərinizə, yuxunuza, istirahətinizə xüsusi diqqət yetirməlisiniz.

2. Yaxşı olar ki, yemək yedikdən 2-3 saat sonra idman etməyə başlayasınız. Yeməkdən dərhal sonra bu cür hərəkətlər etməyiniz məsləhət görülmür.

3. Əgər idman etməyə yeni başlayırsınızsa, məqsədinizə tez çatmaq üçün ağır hərəhətlər etməyə tələsməyin. Sizə verilən tələblərin xaricinə çıxmağa çalışmayın.

4. Hansı hərəkətlərin hansı əzələ qruplarını işlətdiyini bilin. Bədəninizin hansısa hissəsində sizi narahat edən qüsurunuz varsa, çalışın ki, birinci onu aradan qaldırasınız. Bunu üçün isə body buildingi dərindən öyrənin.

5. Mütəxəssislər düşünürlər ki, idman etməyə başlamazdan əvvəl isinmək üçün bəzi sadə hərəkətlər etmək mütəqdir. Buraya qaçmaq, velosipedlə gəzinti, ip atlama və.s hərəkətlər daxildir. Bu isə ən çox yarım saat vaxtınızı alacaq, əvəzində isə etdiyiniz hərəkətlər daha effektiv olacaq, birbaşa əzələlərinizə təsir göstərəcək.

6. İsinmə hərəkətlərindən sonra isə yaxşı olar ki, yüngül kilo qaldırma məşqlərinə başlayasınız.

7. İdman əsnasında əsas inkişaf etdirmək istədiyiniz əzələlərə diqqət yetirin. Əzələrinizdə hansı dəyişikliklərin olduğuna fikir verin. Əgər heç bir effekt görmürsünzüsə, bəlkə də məşqləri düzgün istiqamətdə yönləndirməmisiniz.

8. İdman edərkən geyiminizə də xüsusi diqqət yetirin. Rahat, pambıq paltarlara, önu ucu qalın, qorumalı ayaqqabılara üstünlük verin. Pambıq paltarlar təri hopduracaq və bədəninizi isti saxlayacaq, belə ayaqqabılar isə ayaq barmaqlarınızı ağırlıq qaldırarkən ayağınıza düşəcək hər hansı ağır cismlərdən qoruyacaq.

9. Məşq zamanı nə çox sürətlə, nə də çox yavaş hərəkət etməyin. Artıq məşq etməkdən yorulduğunuzu hiss edirsinizsə, 5-10 dəqiqə fasilə verib yenidən başlayın.

10. Hərəkətlər əsnasında doğru şəkildə nəfəs alın: ağırlıq qaldırarkən nəfəs verin, endirərkən alın, çətinlik çəkərkən nəfəsinizi tutmayın.

11. Məşq edərkən əzələlərinizin istirahət etməsi və nəbzinizin normal vurması üçün əzələlərinizi bir dəqiqə kimi sıxın. Bu yolla siz əzələlərinizin aktiv istirahət etməsini təmin edəcəksiniz.

12. Ağırlıq qaldırma hərəkətlərinə yeni başlayırsınızsa, bel və onurğa narahatlıqlarının olmamsı üçün əvvəlcə mədəaltı əzələlərin gücləndirilməsinə diqqət çəkməlisiniz.

13. Əzələli bədənə sahib olmağın qızıl qaydalarından biri: çox güman ki, 2-3 aydan sonra vücudunuzda hansısa dəyişiklikər görəcəksiniz, amma bu o demək deyil ki, istədiyiniz nəticəyə nail olduqdan sonra məşqlərdən tamamilə uzaqlaşmağınız doğrudur. Əgər belə etsəniz, tez zamanda əldə etdiyiniz nəticələri itirəcəksiniz.

14. Və sonda. Unutmatın ki, məşq proqramına başlamazdan əvvəl həkim nəzarətindən keçməyiniz çox vacibdir. Ola bilsin ki, xəbərsiz olduğunuz hanısa bir xəstəliyiniz olduğu üçün həkiminiz sizə məşq etməyi ümumiyyətlə qadağan etsin.


Tarix: 07.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Metroseksual