beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi dərisinə qulluq

Dəyərli kişi oxucularımız, artıq “yalnız qadınlar dərilərinin qulluğunda durmalıdırlar” fikrindən uzaqlaşın, çünki dövrümüz baxımlı və romantik kişilərin dövrüdür. Əgər diqqət mərkəzində olmaq və seçilmək istəyirsinizsə, qadınların xarici görünüşləri haqqında az qala diqqət yetirdikləri hər bir ünsürə siz də fikir verməlisiniz.

Kişi.az saytı olaraq dəri qayğısı haqqında bəzi vacib məsləhətləri sizinlə paylaşmaq istəyirik.

Əllərimizin qayğısına qalaq

Gəlin, işə göz qarşısında olan üz və əllərimizin qayğısına qalmaqla başlayaq. Qış uzunu quruyub çat-çat olan əllərimizi nəmləndirək və beləcə onların soyuq hava ilə təmasını azaldaq. Bunun üçün hər hansı aptekdən dərinizə uyğun bir nəmləndirici krem alın və əlinizin hər su ilə təmasından sonra bu kremdən istifadə edin. Əllərinizi nə çox soyuq, nə də çox isti su ilə yumayın. Çölə çıxanda mütləq əlcək taxın.

Üz dərisinə qayğı

Dərinizin yumşaq və baxımlı görünməsi üçün aşağıdakı addımları izləyin.

1. Üz üçün skrab istifadə edin. Skrab dəridən ölü hüceyrələrin, yağlılığın, çirkin təmizlənməsi üçün çox əlverişli bir vasitədir. O, dərinizi parlaq və sağlam göstərəcək, təraş prosesindəki qıcıqlanmanı azaldacaq.

2. Üzünüzü skrabla təmizlədikən sonra qoruyucu bir vasitədən istifadə etmək lazımdır. Bunun üçün üz nəmləndiricisindən istifadə edin, çünki məhz bu vasitə dərinin təbii lipid balansını normallaşdırır və dərinizi ətraf mühitdən hopa biləcək çirklərdən qoruyur.

3. Hər dəfə küçədən evə gələndə əl-üzünüzü yuyun, evdən kənarda olanda əlinizlə üzünüzə toxunmaqdan maksimum çəkinin.

Əla bir nəticə üçün bu prosesi mütləq müntəzəm olaraq təkrarlayın.

Hamam,kisə, köpük və masaj

Qış aylarında geyindiyimiz qalın və uzunqollu geyimlər bədənimizin hava ilə təmasının qarşısını alır. Buna görə də dərimizdə qatmaqlanma və batma kimi xoşagəlməz hallar müşahidə edirik. Bu problemin ən sadə həll yolu hamamdır! Əvvəlcə gedirsiniz saunaya, orda yaxşıca buxarlanıb, kisələnirsiz. Əməlli-başlı yumuşalan bədəninizi zeytun yağı tərkibli saf bir sabunla köpük masajı, sonra isə təbii bitkilərdən hazırlanan aromatik yağlarla masaj edirsiniz. Bu proses ölü dərinin bədənimizdən aralanmasına kömək edəcək.

Baş dərisə qayğı

Baş dərisinin masajı həm daha aydın və prosuktiv düşünməyimizə, həm də saçlara edilən qayğının daha yaxşı təsir göstərməsinə kömək edəcək.


Tarix: 07.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Metroseksual