Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

MetroseksualKişilər üçün təbii maskalar

Qəbul edək ki, biz kişilər üçün dəriyə qulluq səhər oyananda və ya çirkləndikdə üzün yuyulmasından ibarətdir. Əslində isə dərimizin cavan qalmasını və gec qocalmasını istəyiriksə, vaxtaşırı olaraq dəriyə qulluq vasitələrindən istifadə etməyimiz mütləqdir. Bu vasitələrin sırasında müxtəlif tərkibli dəriyə qulluq maskalarının adlarını çəkə bilərik. Bildiyimiz kimi üz dərisi çox həssasdır və yanlış maskalar onu çox qısa müddətdə zədələyə bilər. Buna görə də dəriniz üçün maska hazırlayarkən və ya hazır maskalardan istifadə edərkən onun tərkibinə qarşı xüsusilə diqqətli olun. İndi sizinlə bir neçə dəriyə qulluq maskasının reseptini bölüşmək istəyirik.

Yağlı dəri üçün üz maskası
Orta ölçülü bir kartofu iki yerə bölün. Onu sürtkəcdən keçirib Ardı »

MetroseksualDüzgün ağırlıqqaldırma forması

İdeal bədən quruluşuna sahib olmaq üçün mütəmadi olaraq təkrar etməli olduğumuz məşq proqramlarından biri də ağırlıqqaldırmadır. Ağırlıqqaldırma çoxumuzun nəzərində çətin proses kimi görünə bilər. Əslində isə bunun da çox rahat texnikası var. Bu texnikanı öyrəndiyimiz halda heç çətinlik çəkmədən ağırlıq qaldıra bilərik. Amma bunun üçün mütəmadi olaraq aşağıdakı məşq sistemini tətbiq etməliyik.

Piramida məşq proqramı
Piramida məşq proqramının əsas əhəmiyyəti ondan ibarətdir ki, bu proqram daha sürətli və nizamlı formada məşq etməyimizi təmin edir. Öz çevikliyi ilə digər məşq proqramlarından seçilən bu üsul tez zamanda bədənimizin istədiyimiz formada dəyişməsinə səbəb olur. Bunun üçün normalda qaldırdığınız ağırlığın yarısı qədər bir ağırlıq götürün və Ardı »

MetroseksualKişilər, arıqlamaq üçün bunları mütləq edin

Arıqlamağın çətinliyindən qorxub bu arzularını reallaşdırmağı sabaha saxlayan bəylərimiz, gözünüz aydın! Bu məqalədə siz arıqlamağın ən asan metodlarını öyrənəcəksiniz. Sağlam yaşamaq üçün müntəzəm olaraq idmanla məşğul olmaq mütləqdir. Bunun üçün əvvəlcə həkiminizlə məsləhətləşib özünüzə uyğun pəhriz planı, sonra isə məşqçinizlə danışıb xüsusi idman qrafiki qurmalısınız. Məşq etməyə başlayadan sonra bədəninizdəki dəyişiklikləri görəcəksiniz.

Arıqlamağın ən asan yolu nədir?

Əslində sizi neçə kilo olduğunuz deyil, çəkinizin neçə faizinin piy olmağı maraqlandırmalıdır. İdman edərək arıqlamaq istəyirsinizsə, itirəcəyiniz kilolar əzələlərinizdən yox, piy qatınızdan olmalıdır. Həmçinin qəbul etdiyiniz kalorinin itirdiyiniz kaloridən az olmasına xüsusi diqqət yetirməlisiniz. Bunun üçün aşağıdakı 3 addımı mütləq atmalı, hətta onları həyatınızın bir parçasına Ardı »

MetroseksualKişi dərisinə qulluq

Dəyərli kişi oxucularımız, artıq “yalnız qadınlar dərilərinin qulluğunda durmalıdırlar” fikrindən uzaqlaşın, çünki dövrümüz baxımlı və romantik kişilərin dövrüdür. Əgər diqqət mərkəzində olmaq və seçilmək istəyirsinizsə, qadınların xarici görünüşləri haqqında az qala diqqət yetirdikləri hər bir ünsürə siz də fikir verməlisiniz.

Kişi.az saytı olaraq dəri qayğısı haqqında bəzi vacib məsləhətləri sizinlə paylaşmaq istəyirik.

Əllərimizin qayğısına qalaq

Gəlin, işə göz qarşısında olan üz və əllərimizin qayğısına qalmaqla başlayaq. Qış uzunu quruyub çat-çat olan əllərimizi nəmləndirək və beləcə onların soyuq hava ilə təmasını azaldaq. Bunun üçün hər hansı aptekdən dərinizə uyğun bir nəmləndirici krem alın və əlinizin hər su ilə təmasından sonra bu kremdən istifadə edin. Əllərinizi Ardı »

MetroseksualFen və boya saç tökmür

Mütəxəssislərin sözlərinə görə, saç tökülməsi bir çox xəstəliklərdən xəbər verir. Bu xəstəliklər sırasında hormonal problemləri, qan azlığını, qeyri-təbii qidalanmanı, eləcə də əks təsiri olan dərmanların orqanizmdə yaratdığı bir çox narahatlıqları misal göstərmək olar.
Mütəxəssislər bildirirlər ki, müntəzəm və sağlıqlı qidalanma bütünlükdə orqanizmimiz qədər saçlarımız üçün də əhəmiyyətlidir. Buna görə də həkim məsləhəti olmadan özümüz üçün yaratdığımız müxtəlif ağır diyetalar saçlarımız üçün zərərli hesab edilir. Bunun əksinə olaraq bədəndəki qan dövranına müsbət təsir edən idman isə eyni zamanda saçlarımızın gurlaşmasına və çoxalmasına müsbət təsir edir.

Fen və boya saç tökmür
Bir çoxlarının hesab etdiyi kimi saçları fenləmək və boyamaq isə köklərə zərər vermədiyi üçün onlar Ardı »

MetroseksualKişilər də nəmləndirici krem istifadə etməlidir!

Yaz günəşi yay istisindən daha təhlükəlidir. Bu fikir tibbi cəhətdən də sübut edilib. Həkimlərin sözlərinə görə, yazda dərimiz yaya nisbətən daha çox zədələnir. Dərini bu cür kənar təsirlərdən qorumaq, zədələnməsinin qarşısını almaq üçün müxtəlif qoruyucu üsullardan istifadə etmək mütləqdir. Mütəxəssislərin sözlərinə görə, bunun üçün ən effektiv vasitə nəmləndirici kremlərdir.
Əziz kişilər, nəmləndirici kremlər yalnız xanımlar üçün nəzərdə tutulan cildə qulluq vasitəsi deyil. Eyni zamanda dərisinin tez qocalmasını, ləkələnməsini istəməyən bəylərimiz də bu vasitələrdən istifadə edə bilərlər.
Bəs nəmləndirici krem seçərkən əsas hansı keyfiyyətlərə fikir verməliyik? Hansı vasitələr dərimiz üçün təhlükəlidir? Əgər bu sualların cavabı sizə də maraqlıdırsa, məqaləmizi sona qədər oxumağınızı tövsiyyə edirik.
Amerikan Ardı »

MetroseksualBotoks etdirmək istəyən kişilərin nəzərinə!

Kişi və botoks. Hər nə qədər bu iki anlayışın yanaşı işlənməsinə öyrəşməsək də, mütəxəssislərin sözlərinə görə, son illər ərzində kişilər də qadınlar qədər bu əməliyyata müraciət edirlər. Bəs kişilərə ən çox hansı halda bu əməliyyat növünə müraciət etmək məsləhət görülür?
Mütəxəssislərin sözlərinə görə, qadınlar əsasən 35-40 yaşlarında dərilərində yaranan qırışıqlıqlara görə estetik cərahiyyəyə müraciət edirlər. Kişilərin isə botoksa müraciət etmə yaşı qadınlara nisbətən daha erkəndir. Bunun səbəbi kişi və qadın orqanizminin fərqli quruluşa sahib olmasıdır. Kişilərin bu barədə həkimə müaraciət etməsinin əsas səbəbi üzlərindəki yorğunluqdur.
Tibb işçilərinin sözlərinə görə, kişilərdə yorğunluq hissi keçsə belə, onun müəyyən cizgiləri, eləcə də narahat yuxudan sonra yastıq Ardı »

MetroseksualDəri xərçəngindən qorunmağın yolları

Sağlam dəriyə sahib olmaq hər birimizin arzusudur, amma təəssüflər olsun ki, bir çox hallarda xüsusilə biz kişilər görünüşümüzə qarşı diqqətsiz yanaşır və bununla da səhhətimizdə bir çox xəstəliklərin yaranmasına vasitəçi oluruq. Ən adi diqqətsizlik nəticəsində belə orqanizmimizdə yaranacaq ciddi xəstəliklərdən biri də dəri xərçəngidir. Mütəxəssislərin hesablamalarına görə, hər il üç milyona yaxın insan bu xəstəliyin qurbanına çevrilir. Bu hər nə qədər ciddi xəstəlik hesab edilsə də, ona qalib gəlmək, bu xəstəliklə mübarizədə məğlub tərəfə çevrilməmək öz əlimizdədir.

Keçən il Fransada aparılan bir araşdırmaya görə, günəş kreminə güvənib uzun müddət günəş vannası qəbul edənlər, krem istifadə etməyən, amma günəş işığından maksimum dərəcədə qorunanlara Ardı »