beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fen və boya saç tökmür

Mütəxəssislərin sözlərinə görə, saç tökülməsi bir çox xəstəliklərdən xəbər verir. Bu xəstəliklər sırasında hormonal problemləri, qan azlığını, qeyri-təbii qidalanmanı, eləcə də əks təsiri olan dərmanların orqanizmdə yaratdığı bir çox narahatlıqları misal göstərmək olar.
Mütəxəssislər bildirirlər ki, müntəzəm və sağlıqlı qidalanma bütünlükdə orqanizmimiz qədər saçlarımız üçün də əhəmiyyətlidir. Buna görə də həkim məsləhəti olmadan özümüz üçün yaratdığımız müxtəlif ağır diyetalar saçlarımız üçün zərərli hesab edilir. Bunun əksinə olaraq bədəndəki qan dövranına müsbət təsir edən idman isə eyni zamanda saçlarımızın gurlaşmasına və çoxalmasına müsbət təsir edir.

Fen və boya saç tökmür
Bir çoxlarının hesab etdiyi kimi saçları fenləmək və boyamaq isə köklərə zərər vermədiyi üçün onlar saçın tökülməsinə şərait yaratmır. Bu vasitələr yalnız saçlarımızın möhkəmliyinə, dolayısıyla görünüşünə zərər yetirir. Buna görə də təbii üsullarla hazırlanan şapun və boyaların istifadə edilməsi daha məqsədəuyğundur.

Saç tökülməsinə qarşı bitki çaylarından istifadə edin
Qatırquyruğu, cökə, çobanyastığı, gicitkən otu kimi təbii bitkilərin yağı saç tökülməsinə qarşı effektiv üsul hesab edilir. Yorucu bir gündən sonra saçınızı bu bitki yağları ilə masaj etməyiniz həm sizi sakitləşdirəcək, həm də saç köklərinizi qidalandıracaq.

Müalicəvi şampunların təsiri azdır
Müxtəlif müalicəvi şampunlar, dərmanlar ilə saç diblərini masaj edərək müəyyən müddətdən sonra saçlarımızın gurlaşdığını hiss edirik. Bu fakt dermotoloqlar tərəfindən də təsdiqlənib. Amma unutmamalıyıq ki, yalnız şampunlara güvənmək doğru deyil. Müxtəlif dərmanlar, şampunlarla yanaşı, eyni zamanda təbii müalicə vasitələrindən də istifadə etməliyik ki, tez zamanda bu müalicənin təsirli nəticəsin görək.


Tarix: 07.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Metroseksual