beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər üçün cild maskası

Qadınlar kimi kişilərin də müəyyən yaşdan sonra özləri ilə bağlı şikayətləri artmağa başlayır. Çünki orqanizmin qocalması insanda özünü həm əqli, həm də fiziki formada biruzə verir: yaş artdıqca yaddaş zəifləyir, orqanizm itirlimiş enerjini əvvəlki kimi bərpa etmək gücündə olmadığından fiziki zəiflik müşahidə edilir.
Yaş ilə əlaqəli insan vücudunda yaranan xoşagəlməz dəyişikliklərdən biri də qadın və kişinin üzündə və vücudunda özünü göstərən qırırşıqlıqlardır. Kosmetoloqlar belə problemləri aradan qaldırmaq üçün kimyəvi vasitələrdənsə, təbii vasitələrdən istifadə etməyi daha məsləhətli hesab edir.
İndi isə, əziz kişilər, sizə təbii vasitələrlə hazırlaya biləcəyiniz bir maska təqdim edirik. Paylaşdığımız bu reseptlə hazırlayacağınız maska uzun müddət cildinizin parlaq və canlı görünməsinə kömək edəcək.

Mükəmməl nəticə əldə etmək üçün hazırlayacağımız maskanın resepti çox sadədir. Bunun üçün bizə lazımdır:
Yarım qab yaş maya;
İki yemək qaşığı süd.

Maya ilə südü qarışdırıb onların yaxşı həll olması üçün biraz gözləyirik. Üz dərimizi təmiz su ilə yuyub qurladıqdan sonra isə maskanı cildimizə yayırıq. Unutmayın ki, əziz kişilər, maskanı çəkdiyimiz zaman üz əzələlərimizi maksimum dərəcədə az hərəkət etdirməliyik. Maskanı çəkib 20 dəqiqə gözlədikdən sonra üzümüzü ilıq su ilə yuyur və nəmləndirici çəkirik.
Sizi əmin ediirik ki, bu maskadan istifadə etdiyiniz zaman üzünüz əvvəlki ilə müqayisədə daha təravətli və təmiz olacaq.
Bu maskanı ayda bir dəfə tətbiq etdiyiniz halda isə hətta cildinizin yaşlanmasının qarşısını da almış olacaqsınız.


Tarix: 07.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Metroseksual