Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhurların seksuallıq sirləri

Uzunömrlülük yəqin ki, çoxumuzun arzusudur. Maraqlısı budur ki, hamımız bunun üçün sağlam həyat tərzinin, qidalanmanın əsas olduğunu bilsək də, çox az hissəmiz gündəlik yaşamımızda bunlara əməl edirik.

Müqayisə üçün nəzər yetirsək, görərik ki, qadınlar kişilərə nisbətən bu qaydalara daha çox diqqət yetirir, yaşlarından gənc görünməyə çalışırlar, amma bir qrup kişilər də var ki, onlar uzun müddət sənətdə qalmaq üçün istəsələr də, istəməslər də bu qaydalara əməl etməlidirlər. Onlar çoxlarımızın televiziya ekranlarından tanıdığımız məhşur simalar: aktyorlar, müğənnilərdir. Bəzən biz kişilər sağlam, güclü olduqlarına, yaşlarından çox-çox cavan, seksual göründüklərinə görə onlara həsəd aparırırq. Onları izləyərkən sizin də bu hissləri keçirdiyinizi bilirik. Buna görə də, əziz kişilər, indi sizinlə məşhurların gənc qalma sirrlərini bölüşmək istəyirik. Oxuyun və gündəlik həyatınızda bunları tətbiq edərək xanımınıza vurğunu olduğu o məşhurdan heç də geri qalmadığınızı sübut edin.

Görünüşü ilə çox qadını özünə heyran edən 45 yaşlı avstraliyalı aktyor Hugh Cakman müsahibəsində cavan qalmaq üçün idman və rəqsin əhəmiyyətinin böyük olduğunu bildirib. Vaxt tapdıqca qaçış, üzgüçülük və boks məşqlərində iştirak etdiyini deyən məşhur aktyor, eyni zamanda Broadvayda rəqs etdiyini də qeyd edib. Onun sözlərinə görə, formada qalmağın əsas yollarından biri də şən və əyləncəli həyat tərzi keçirməkdir.

1997 və 2006-ci ildə “People” jurnalı tərəfindən aparılan sorğuda dünyanın ən yaraşıqlı və cəlbedici kişilərindən seçilən Corc Kluni isə gənc qalmaq üçün idman və yoqa ilə məşğul olduğunu söyləyib, yaşından cavan göründüyü üçün özünü xoşbəxt hiss etdiyini bildirib.



Tanınmış aktyorlardan Vill Smith isə sağlam görünmək üçün hər gün səhər qaçışı ilə məşğul olduğunu deyib. Onun sözlərinə görə, gənc qalmağın digər üsullarından biri də kitab oxuyaraq zehni inkişaf etdirməkdir.


Çox qadınların hələ də heyranlıqla izlədiyi Bred Pitt 50 yaşında cavan qalmağının səbəbini xoşbəxt ailə həyatına sahib olması və altı uşağı ilə vaxt keçirməsində görür. Məşhur aktyor gümrah qalmaq üçün sağlam qidalanmaya diqqət yetirdiyini və vaxt tapdıqca sörf idman növü ilə məşğul olduğunu da qeyd edib.


Əziz kişilər, əgər siz də arzulanan kişilərdən olmaq istəyirsinizsə, mümkün olduğu qədər siqaret, içki kimi zərərli vərdişlərdən uzaq durun. Çalışın ki, vaxt tapdıqca hər hansısa bir idman növü ilə məşğul olasınız. Bu mümkün olmadıqda heç olmasa, səhər işə gedəndə və ya axşam işdən qayıdanda 15-20 dəqiqə də olsa təmiz havada gəzməyə çalışın.


Tarix: 07.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Metroseksual
loading...