Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri xərçəngindən qorunmağın yolları

Sağlam dəriyə sahib olmaq hər birimizin arzusudur, amma təəssüflər olsun ki, bir çox hallarda xüsusilə biz kişilər görünüşümüzə qarşı diqqətsiz yanaşır və bununla da səhhətimizdə bir çox xəstəliklərin yaranmasına vasitəçi oluruq. Ən adi diqqətsizlik nəticəsində belə orqanizmimizdə yaranacaq ciddi xəstəliklərdən biri də dəri xərçəngidir. Mütəxəssislərin hesablamalarına görə, hər il üç milyona yaxın insan bu xəstəliyin qurbanına çevrilir. Bu hər nə qədər ciddi xəstəlik hesab edilsə də, ona qalib gəlmək, bu xəstəliklə mübarizədə məğlub tərəfə çevrilməmək öz əlimizdədir.

Keçən il Fransada aparılan bir araşdırmaya görə, günəş kreminə güvənib uzun müddət günəş vannası qəbul edənlər, krem istifadə etməyən, amma günəş işığından maksimum dərəcədə qorunanlara nisbətən bu xəstəliyə daha tez tutulurlar.
Yale Universitetinin Tibb Fakültəsinin dermatoloqu Prof. Dr. David Leffell bu barədəki müsahibəsində bildirib: “Yüksək faktorlu günəş kremi istifadə edənlər elə zənn edirlər ki, bununla dərilərini bütün əlavə təsirlərdən qoruyurlar, amma bu zireh deyil. Krem istifadə etdiyiniz halda belə, özünüzü günəşdən qorumağınız mütləqdir. Ümumiyyətlə, vacib işiniz olmadığı halda çox isti havada çölə çıxmaqdan çəkinin. Bu havalarda mütləq harasa getməli olduğunuz zaman isə iki saatdan bir günəş kremi istifadə edin. Siz diqqət yetirməsəniz belə, paltaryuyan maşınınız geyimlərinizin parçalarını sıxlaşdırır və bu içəriyə havanın daxil olmasının qarşısını alır. Bu isə xüsusən də yay fəslində dəriniz üçün təhlükəlidir.

Bədəninizdəki ləkələrə diqqət edin
Həkimlər bu mövzuya qarşı xüsusilə həssas davranmağı vacib sayırlar. Buna görə də tez-tez isti duş aldıqdan sonra ayna qarşısında öz vücudunuzu gözdən keçirməyi məsləhət görürlər. Əgər bu zaman bədəninizin müxtəlif hissələrində ləkələrin, xalların meydana gəldiyini müşahidə edirsinizsə, əmin olun ki, bunlar heç də səbəbsiz yerə deyil. Bunların hər biri sizin günəşdən düzgün formada qorunmadığınızın sübutudur. Buna görə də yaxşı olar ki, belə halla rastlaşdığınız zaman həkimə müraciət edəsiniz.


Tarix: 07.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Metroseksual
loading...