beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tər qoxusuna qarşı təsirli həll yolları

Yaz-yay aylarının ən başa bəla vəziyyətlərindən biri tər qoxusudur. Tər qoxusu yalnız səbəb olduğu pis qoxuyla deyil özünə inam əskikliyinə səbəb olmasıyla da tam bir baş bəlasıdır. Tər qoxusunu aradan qaldırmaq üçün bu üsullardan istifadə edə bilərsiniz…

Bədəninizdə tər qoxusunu yox etməyin əsas yolu gigiyenadan keçir. Hər gün duş qəbul edərək, qoltuqaltı bölgələrinizi daim təmiz və quru saxlayın. Bundan başqa bakteriyaları ortadan qaldıran deodarantlardan istifadə edə bilərsiniz. Ancaq istifadə etdiyiniz deodarantların su əsaslı olmasına diqqət yetirin.

Geyimlərinizi pambıqlı, tərlətməyəcək növdə parçalardan seçin. Sintetik parçalardan hazırlanmış paltarlardan uzaq durun
Əsla tərləmiş olan bədəninizə deodorant sıxmayın. Əvvəl qoltuq altlarınızı yuyun, sonra deodorant vurun. Bundan başqa evdə tətbiq edə biləcəyiniz anti-bakteriyal xüsusiyyəti olan adaçayını tövsiyə edərik.

1 stəkan qaynar suyun içinə 2 budaq adaçayı əlavə edib 5 dəqiqə dəmlənməsi üçün gözləyin. Daha sonra adaçayını süzün. Bir parça pambığı adaçayına batırıb qoltuqaltı, ayaq, əl kimi tərləyən bölgələrinizə sürtün.

Yediyiniz yeməklərə diqqət yetirin.
Ədviyyatlı və pis qoxulu yeməklərdən uzaq durun. Yuyunacağınız suyun içinə 1 kasa dəniz duzu tökün, bununla duş alın. Mümkünsə ləyəni bu suyla doldurub içinə 2 xərək qaşığı lavanta yağı damladın. Bir müddət bu suda uzanın. Bundan əlavə qoltuqaltınıza pudra (tərləməyə qarşı pudra) vura bilərsiniz Bunların xaricində botoks son həll yoludur. Botoks etdirərək tərləmə probleminizi həll edə bilərsiniz


Tarix: 25.12.2012 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri