Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mükəmməl qaşlara sahib olmanın 8 qaydası

Qaşlar üzümüzü gözəl göstərən ən əhəmiyyətli faktordur . Ən riskli şeylərdən biri səhv alınmış qaşlardır. Bir anda üzünün ifadəsi dəyişə bilər, xalq arasında "qaşım küsdü" kimi ifadə edilən fəlakət baş verər və alınan yerdən qaş çıxmaz!
Mükəmməl qaşlara sahib olmanın 8 qızıl qaydası

Ona görə qaşlarınızı mütləq mütəxəssis olan birinə aldırmalısınız. "yox, mən alacağam" deyirsinizsə, əvvəl bu 8 qayda ilə tanış olun.

1) Qaşlarınızı bir fırça köməyi ilə düzəldin və yuxarı doğru darayın. Əgər qaşlarınız düzsə aşağıya doğru darayın. Kiçik bir qayçı ilə normal uzunluğa çatana qədər qısaldın. Beləcə, gerçək qaş şəkliniz ortaya çıxacaq.
Mükəmməl qaşlara sahib olmanın 8 qızıl qaydası

2) Qaşınızın tam ortasını qələm köməyi ilə seçin. Qələmi burnunuzun yanında və dik bir şəkildə yapışdırın. Qələmin xaricində qalan hissə burnunuzun geniş görünməsinə səbəb olar.
Mükəmməl qaşlara sahib olmanın 8 qızıl qaydası

3) Qələmi göz qapağınızın qarşısında saxlayın. Qələmin ucunun göstərdiyi nöqtə, qaşınızın qövslü olması lazım olan yerdir.

4) Qələmi bir ucunu burnunuzun kənarına, digər ucunu gözünüzün kənarına tərəf tutun. Qələmin ucunun göstərdiyi nöqtə qaşınızın bitməsi lazım olduğu nöqtədir.

Mükəmməl qaşlara sahib olmanın 8 qızıl qaydası
5) Ağ bir qələm istifadə edərək alınacaq qaşların yerini seçin. Ağ rəng, qaşın tünd görünməsini təmin edər. Belə edərkən sizə asan olacaq.

6) İki əzələnizin arasını maqqaş köməyi ilə təmizləyin. Bu həm daha sürətli , həm də daha asan bir üsuldur. Tükləri çıxış istiqamətinə doğru çəkin.
Mükəmməl qaşlara sahib olmanın 8 qızıl qaydası

7) Ağ rəngli qisimdə olan çox tükləri də maqqaş köməyi ilə alın.

8) Son olaraq dərinizdə bir buz parçasını 5-6 dəqiqə gəzdirin. Beləcə qızartının yaranmasının qarşısını ala bilərsiniz.

Bu qədər, əziz xanımlar, hər zaman gözəlliyinizi qoruyun.


Tarix: 29.12.2012 / 18:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...