Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asta Yeri

Gözəl ayaqlar hamının qısqanclığına və heyranlığına səbəb olsa da, ayaqlarımız laqeyd yanaşırıq. Bu ona gətirib çıxarır ki, ayağın altı codlaşır, qabığı soyulur, dabanda çatlar, döyənək əmələ gəlir

Ayaqlara qulluq elə də çətin deyil.
Su Prosedurları
Təmizliyi qorumaq üçün ayaqlan hər gün axşam isti su və sabunla yumaq lazımdır. Bu prosedurdan sonra ayaqlarımzı soyuq su ilə yaxalayın və dəsmalla barmaqlardan (xüsusilə barmaq aralarını) baldırlara doğru tam qurulayın, bu, qan dövranını yaxşılaşdırır. Su vannaları ayaqdakı yorğunluğu və ağırlıq hissini aradan qaldırır.

Təzadlı Prosedur
Bu, möhkəmləndirici və stimullaşdırıcı effekt verir, qan dövranını yaxşılaşdırır, əzələ tonusunu qaldırır və dabanlara qan axınını sürətləndirir. Proseduru həyata keçirmək üçün iki ləyən götürün, birini isti (45 dərəcə), digərini soyuq (20 dərəcə) su ilə doldurun. Stula oturaraq əvvəlcə ayaqlarınızı 1-2 dəqiqə isti suya, sonra 20-30 saniyə soyuq suya salın. Proseduru 8-10 dəfə təkrarlayın və soyuq vanna ilə tamamlayın. Təmiz ayaqlarınızı buz parçalan ilə silin.

Sabunlu Vanna
Suya əlavə olunan sabun-köpüklü məhlul, duru sabunlu vannalar da çox faydalıdır. Belə vannanın hazırlanmasında bir prinsipə riayət etmək lazımdır – minimum su, maksimum köpük. Bundan ötrü ləyənə 5-10 sm hündürlüyündə isti su (45 dərəcəyə qədər), xırdalanmış sabun və ya xüsusi şampun əlavə edin. 10-15 dəqiqə ayaqlarınızı vannada saxlayın, ilıq su ilə yaxalayıb qurulayın.

Yod və ya mineral duzlar (dəniz və ya xörək duzu) əlavə olunmuş vannalar da yaxşı kömək edir. Qan dövranının yaxşılaşması üçün bitki yağı və dərman otlarından hazırlanmış cövhər əlavə olunan vannalar xeyirlidir. Ayaq vannaları üçün çobanyastığı, gicitkən, cökə çiçəyi – hər ləyənə yarım stəkan yaxşı təsir göstərir. Ayaqlar tərləyirsə, barmaqarası dərini də yumaq məsləhətdir.

Qabarlar
Vannalardan sonra kobudlaşmış dərinin təmizlənməsi pemza və ya xüsusi pedikür firçası ilə həyata keçirilməlidir. Həftədə bir dəfə dabanları xüsusi skrabla təmizləmək olar. .Onu pilkanın üstünə çəkərək 2-3 dəqiqə ərzində dabanlara sürtürlər, sonra ayaqlan yaxalayaraq proseduru yenidən təkrarlayırlar. Əgər dabanlarda qabarlar varsa, pemzadan istifadədən sonra qabarlara xüsusi dərman vasitəsi vurulmalıdır. Təzə qaban aradan qaldırmaq üçün 8 gün dalbadal həmin nahiyəyə sirkə vurulmuş çörəkiçi, köhnə qabarlara isə aloye yarpağı və ya 3 gün ərzində limon dilimi qoyulur.

Kremli qulluq
Dərinin təmizlənməsindən sonra ayaqlarınızı silin və barmaqlardan yuxarıya doğru başlayaraq yağlı krem çəkin. Su vannalarını masajla tamamlamaq lazımdır.

Bundan ötrü iki fırça götürün və dairəvi hərəkətlə dəriniz qızaranadək masaj edin. Sonra ayaqlarınıza krem və ya bitki yağı sürtün.


Tarix: 23.12.2012 / 14:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 459 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...