beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İş qadını və ailə

Günlər keçdikcə qadının iş həyatındakı əhəmiyyəti bütün dünyada daha da artmadadır. Məhz elə buna görə artıq "iş qadını" terminologiyası dilimizə yerləşməyə başlamışdır. Burada dərhal bir sual yaranır.. İş qadını həyatını necə qurur? Ailəsinə necə yanaşır?

Əlbəttə iş qadını üçün ailəni daima diqqətdə saxlamaq bəzən çətin olur. İşdən yorğun geri qayıdan bir xanım həyat yoldaşına və uşaqlarına zaman ayırmağa çətinlik çəkir, özü üçün rahat sakit bir ev küncü axtarıb iş problemlərini götür qoy etməyə başlayır və uşaqlar, həyat yoldaşı onun bu sakitliyi ilə uyğunlaşıb həyatlarını bu istiqamətdə nizamlayır.

Uşaqlar nənə, baba bəzən dayə tərbiyəsi ilə böyüyür, evin başçısı üçün daima həyat yoldaşının laqeyidsizliyini vurğulayır.

Təbii ki, bu ifrat dərəcəsinə çatmış bir iş qadını nümunəsi idi. Odur ki, xanımlarımız iş seçərkən ailə və iş nüansını yaxşı analiz etməli və daima nəzarətdə saxlamalıdır. Əlbəttə ki, kişi də belə etməlidir.

İş dünyasında çox şahid ola bilərik ki, yüksək dərəcəli karyera sahibi olan iş qadınlarının ailəyə ayırdıqları vaxt azlığına görə xoşbəxt ailə nümunələri getdikcə azalmadadır. Bu fikirlərim əlbəttə ki, iş qadınının dünyasına kiçik bir yanaşmadır. Ailə və işini düzgün nizamlayan iş qadınları nümunələri də var əlbəttə..

İş qadınlarımıza səslənirəm: Əziz qadınlar həyatınızı çalışın daima nizamlaya biləsiniz, bacardığınız qədər ailəni işlə qarşılaşdırmayın, işdən sonrakı zamanınızı daha çox ailəyə ayırın ki, sabah uşaqların tərbiyəsində müəyyən səhvlər görəndə peşmançılıq çəkməyəsiniz.

Qadın ilk öncə ailənin aparıcı qüvvəsidir, bu qüvvəmizi itirməmək diləyi ilə..


Tarix: 25.05.2013 / 18:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri