beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın olmaq qadın kimi yaşamaq deyil

Qadın olmaq qadın kimi yaşamaq deyil
Qadın olmaq; yalnız gözəl olmaq demək deyil, o gözəlliyin içində kişinin öz ruhunu tapa bilməsini təmin edə bilməkdir…
Qadın olmaq; ipək saçlar, incə topuqlar, incə bel deyil, bütün bunların içərisində bir xanım ola bilməyi bacara bilməkdir..
Qadın olmaq; gözəllik anlayışı içərisində olmaq deyil, o gözəlliyə ağıl da qata bilməkdir…
Qadın olmaq; insanları əlinin tərsiylə itələyib özündən uzaqlaşdırmaq deyil, ovuclarını sıxaraq insana əmin əllərdə olduğu duyğusunu verə bilməkdir.
Qadın olmaq; çox danışaraq beynini yormaq deyil, sıravi və qəbul edilə bilər həyatın nə olduğunu anlaya bilməkdir…
Qadın olmaq; qızıl düşkünü olmaq deyil, isti bir öpüşün tək daş üzükdən daha qiymətli olduğunu anlaya bilməkdir…
Qadın olmaq; ad günləri, evlənmə il dönümləri və ardı arxası kəsilməyən xüsusi gün sindromlarında bahalı hədiyyələr istəmək deyil, sadəliyin içərisində fərq edilə bilən olmaqdır…
Qadın olmaq; duruşu, oturuşu və yerişi şişirdilmiş olmaq demək deyil, özünü bəzəkli gəlincik kimi ortaya atıb başqalarıyla zarafatlaşmamaqdır…
Qadın olmaq; "serialda kimlər oynayır, kim kiminlə sevişir" bunlarla maraqlanmaq deyil, iqtisadiyyatdan, siyasətdən, idmandan və mədəni hadisələrdən xəbəri olmaqdır…
Qadın olmaq; sırf xanım görünüşüylə cahilliyini gizlətmək deyil, lazım gəldiyində xanımlıq savadını ortaya qoya bilməkdir
Qadın olmaq; gəzib əylənmək deyil, pulunu yalnız kosmetikaya xərcləməmsi lazım olduğunu, pomidorun, çörəyin, soğanın, ətin qiymətinin nə qədər olduğunu bilməkdir…
Qadın olmaq; telefonda saatlarla çənə vurmaq deyil, sonradan gələn telefon borcunun niyə belə cox gəldiyini görüb çaşmamadır…
Qadın olmaq; içini xoşagəlməz dedi-qodu yumağına cevirmək deyil,başqalarının min sirrini tutmağı bacarmaqdır…
Qadın olmaq; pul düşkünü, moda düşkünü olmaq deyil, sökük düymə, cırıq şalvar tikə bilməkdir…
Qadın olmaq; bacarıqlarını yalnız kişiləri əldə edərkən göstərmək deyil, bütün əlindən gələn bacarıqları içindən gələrək, saxta olmadan edə bilməkdir…
Qadın olmaq; dırdır danışıb adamın əsəbini pozmaq deyil, dilini lazım olduğunda tuta bilməkdir…
Qadın olmaq; yalnız alış-veriş mərkəzlərinə gedib nə tapdısa almaq deyil, başqasına köynək və ayaqqabı almağı bacarmaqdır…
Qadın olmaq; yalnız öz geyiminə məsuliyyət daşıyıb özünü geydirmək deyil, zövqü başqalarını geydirəcək qədər yerində olmaqdır…
Qadın olmaq; orada burada dedi-qodu edərək, söz daşımaq deyil, başqasını ən çətin vəziyyətdən dili ilə qurtarmaqdır.
Qadın olmaq; gözəl görünə bilmək üçün orasını burasını hər yeri görünənə qədər açmaq deyil,bədəninin hər yerini nizamlaya bilməkdir…
Qadın olmaq; təcavüzkarlaşıb dişi şirə bənzəmək deyil, yumşaq xasiyyətli olub kişininin qolları arasında yatan şirin bir pişik ola bilməkdir…
Qadın olmaq; çağırdım, gəlmədin, gecikdin, axtarmadın, soruşmadın, kiminlə idin, cavab ver demək deyil, sənə ürəyiylə güvənmək və inanclarıyla bağlanmaqdır…
Qadın olmaq; sağda solda danışılanları gerçəkmiş kimi saymaq deyil, heç kimin arxasından danışmamaqdır…
Qadın olmaq;həyatı geyim üzərinə qurmaq demək deyil, geydiyin köynəyə hansı şalvarın yaraşdığını, uyğunlaşıb və uyğunlaşmamağın nə olduğunu bilməkdir…
Qadın olmaq; dağa çıxarkən boyalı ayaqqabı geymək deyil, idman ayaqqabısı ilə dikdaban ayaqqabının geymə yerini belə bilməkdir…
Qadın olmaq; of yoruldum, məni axtar, məni tap, bunu istəyirəm demək deyil, mən gələrəm, yanındayam,mən səninlə maraqlanaram deyə bilməkdir…
Qadın olmaq; qorxaq və utancaq olmaq demək deyil, səni sevirəm deyərkən qorxmamaq, başqa şeylərin arxasına gizlənməmək və arxandan söz dedirtməməkdir…
Qadın olmaq; ağılını yalnız sekslə pozmuş olmaq deyil, yanına uzandığında sinəsində atan ürəyinin yerinə özünü, ruhunu, hər şeyini qoya bilməkdir…
Qadın olmaq; yatağa uzanmaq deyil, sənə yatağda eşqsiz yatmadığını hiss etdirməkdir…
Qadın olmaq; qadın kimi yaşamaq deyil gerçək bir qadın ola bilməkdir.


Tarix: 10.05.2013 / 19:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri