Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar daha ağıllıdır

Kişilərin, yoxsa qadınların ağıllı olması əsrlərboyu güclü mübahisələr yaradıb. Lakin son tədqiqatlar zamanı sübut edilib ki, yaşından asılı olmayaraq qadınların yaddaşı kişilərlə müqayisədə daha güclüdür. "The Daily Mail" qəzetinin yazdığına görə, məhz bu səbəbdən qadınlar hansısa əlamətdar hadisələrin ildönümlərini daha yaxşı yadda saxlayır. Amma alimlər bunun pis tərəfini də göstərir. Kişidən fərqli olaraq qadın əri və ya sevgilisi ilə bir neçə ay əvvəl baş vermiş hər hansı mübahisəni yaddan çıxara bilmir. Hələlik qadın yaddaşının daha güclü olmasının elmi əsası bilinmir. Bunun hormonlarla bağlı ola biləcəyi güman edilir. Ağılla bağlı digər maraqlı məqam ondan ibarətdir ki, insanın başı nə qədər böyükdürsə, onun ağılsız olması risqi o qədər azdır. Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Almaniya alimləri müəyyənləşdirib. Eksperimentdə Almaniya, Yunanıstan, ABŞ və Kanadadan olan 270 pasiyent iştirak edib. Beyinin kompüter vasitəsilə şəklinin çəkilməsi və test yolu ilə müəyyən edilib ki, eyni göstəricilərə malik pasiyentlər arasında başı böyük olanlar testlərin öhdəsindən 6% daha yaxşı gəlir.


Tarix: 14.05.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...