beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatından bezmiş qız üçün məsləhətlər

Sənə həyat gündən-günə darıxdırıcı gəlir? Elə bil yaşamağa səbəb yoxdur? Gələcəyini qaranlıq görürsən, ətrafda sənə azacıq da olsa ümid verən heç bir şey yoxdur? Halbuki, sizi sabaha ruhlandıracaq o qədər səbəblər var ki… Sadəcə, siz onları bilmirsiniz və yaxud unutmusuz. Elə isə xatırlamağa dəyər…

15 ümidverici səbəb

1.Bu dünyada ən azı 5 insan səni cox sevir.

2.Ən azı 20 insan az və ya cox dərəcədə səni cox istəyir.

3.Ətrafda minimum 5 insanın səninlə söhbətə ehtiyacı var.

4.Sənin bircə təbəssümün ən azı 2 insanı sevindirə bilər, hətta o insan səni tanımasa belə...

5.Hər gecə 2 nəfər yuxudan əvvəl sənin haqqında düşünür.

6.Kimsə nə vaxtsa sənsiz yaşaya bilməyəcək.

7.Kimin üçünsə dünya səndən ibarətdir, kimin üçünsə sən dünyadan ibarətsən.

8.Kimsə, sənin tanımadığın biri, məhz sənin üçün yaradılıb.

9.Hətta ən ağılsız və səhv hərəkətin belə yaxşılığa doğrudur.

10.Əgər fikirləşirsənsə, dünya səndən üz çevirib. Yaxşı bax, əslində, sən dünyadan üz çevirmisən.

11.Hər gün sənə bu vaxta qədər deyilmiş komplimentləri yadına sal.

12.Əgər yaxın dostun, rəfiqən varsa, xatırlat ki, o, sənin üçün neçə vacib insandır.

13.Hər gün milyonlarla insan sən düşdüyün vəziyyətə düşüb, amma çıxış yolu tapıblar.

14.Sən özün dünyaları yaradıb, dünyaları yıxıacaq gücə maliksən. Sadəcə, seçimini düzgün etməlisən.

15. Heç kim səni əvəz edə bilməz


Tarix: 14.05.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri