beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar hər zaman baxımlı olmalıdır!

Bədən
İsti vannaya 1 st. qaymaq və ya yağlı süd əlavə edin. Bu quru dərini yumşaltmaq və təmizləmək üçün ən yaxşı vasitədir.

1 st. təzə sıxılmış portağal şirəsi (sadəcə, vannaya tökmək lazımdır) dərini canlandırır, onu elastik edir.

Ayaqlar
Kobudlaşmış və ya çatlamış ayaqlar üçün maska: 1 orta ölçülü almanı 200 qr. süddə qaynatdıqdan sonra əzib təmiz ayaqlara çəkin, 15-20 dəqiqədən sonra isti su ilə yuyun.

Qabar və ya döyənəyi adi limonla müalicə etmək mümkündür. Gecə bir tikə limonu qabıqlı halda qabarın üstünə bağlayıb yatın. Səhər qabarı asanlıqla çıxara biləcəksiniz.

Dizinizin dərisinin yumşaq və hamar olmasını istəyirsinizsə, həftədə bir dəfə bədən üçün istənilən skrabla qabarlanmış qatı təmizləyin. Sonra həmin yerə tərkibində arı mumu və ya E vitamini olan əl kremi çəkin.

Əgər ayaqlarınız tez-tez tərləyirsə, üstündən həftədə 1-2 dəfə soyuq su axıdın.


Saçlar
Saçlara cəlbedici çalar vermək üçün onları aşağıdakı vasitələrlə yaxalamaq lazımdır: çobanyastığının tünd cövhəri açıq-şabalıdı saçları qızılı-sarı, ravəndin cövhəri isə açıq-kül rəngə boyayır.

Kəpəyə qarşı xalq təbabəti: 2 x.q. soğan qabığını 0,5 l. qaynar suya əlavə edib 15 dəqiqə saxlayın. 1 ay müddətində yuduqdan sonra saçlarınızı bu cövhərlə yaxalayın.

Tez yağlanmaması üçün kondisioneri yalnız saçlarınızın ucuna vurun.

Əllər

Kobudlaşmış dirsəyi yumşaltmaq üçün 1 limonu iki yerə bölmək və dirsəyi yarım limonun içərisində 15 dəqiqə saxlamaq lazımdır.

Əlin dərisi üçün qidalandırıcı maska: 1 yumurtanın sarısı, 1 x.q. bal və 1 ç.q. yulaf ununu qarıçdırıb qalın qatla əlin üzərinə çəkib pambıq əlcək geyinmək və bütün gecəni (və ya bir neçə saat) saxlamaq lazımdır.

Hər dəfə yuduqdan sonra əllərinizə xüsusi məhlul çəkin. Bu məhlul qliserin, çəhrayı su və naşatır spirtinin eyni miqdarda (10 damcı) qarışığından ibarətdir.

Buxağın və ya boyunda büküklərin əmələ gəlməsinin qarşısını almaq üçün bu proseduranı edin: duzlu suda isladılmış dəsmalla (1 st. suya 1 ç.q. duz) 3-5 dəqiqə ərzində boyun və buxağınızı döyəcləyin.

Təravətini itirmiş boyun dərisi üçün maska: yaxşı yetişmiş bananı əzib boynunuza sürtün. 10-15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.


Tarix: 18.05.2013 / 13:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri