beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyin zirvəsi

31 yaşlı xanım öz təbii gözəlliyi ilə, özünə əminliyi ilə və illərlə seçilmiş və püxtələşmiş xarici görünüşü ilə, cavan qızlardan qat-qat daha gözəl görünür.

Belə bir nəticəyə britaniya alimləri gəlmişdir.

Araşdırma sorğu nəticəsində aparılıb. Ümumilikdə sorğuda iki mindən artıq kişi və xanım iştirak edib. Sorğuya çəkilənlərin 70% özünə əminliyi ən cazibədar faktor kimi qeyd ediblər, 67% təbii gözəlliyi və 47% xarici görünüşü üstün tutublar.

Sorğuya çəkilən xanımların 2/3 hissəsi gözəlliyin yaş artdıqca gəldiyini söyləyiblər. Yarıdan çoxu yaşları irəlləyincə, öz gənclik komplekslərindən azad olduqlarını bildiriblər. 55% xanım bildirib ki, zaman onlara hansı makiyaj növündən istifadə etmək seçimində kömək olub.

Lakin araşdırmacılar onu da qeyd edirlər ki, özünə əmin olan xanımların sayı, onların yaşadıqları regiondan da asılıdır. Paytaxt xanımlarının 37% özünü gözəl hesab etdikləri zaman, regionlarda bu göstərici 28% təşkil edir.


Tarix: 25.12.2012 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri