Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk görüşdə kişiləri narahat edən davranışlar

İlk görüşü məhv etmək istəmirsinizsə, kişilərin narahat olduqları davranışlar siyahısına nəzər yetirin...

"Mən, mən, mən" haqqında çox danışmaq
Kişilərin qorxulu yuxularından biri dayanmadan özləri, maraq sahələri, işləri, xəyalları haqqında danışan qadınlardır. Belə dialoqlar quran qadınlar yalnız kobud və düşüncəsiz deyil, ayrıca olduqca darıxdırıcıdır. Kim sizin son aldığınız əl çantasıyla maraqlanar ki?

Çox şəxsi suallar soruşmaq
Kişini əlverişsiz suallarınızla qorxudursunuzmu? Qulağa nə qədər dəli kimi gəlsə də, bəzi qadınlar daha ilk görüşdə "Nə vaxt evlənməyi düşünürsən?" ya da "İndiyə qədər neçə qadınla birlikdə oldun?" kimi suallar soruşurlar. Beləsinə xüsusi suallar kişini utandıra bilər. Onu sorğuya çəkməyin və maraq sahələri kimi daha ümumi suallar verin.

Romantik yüklər
Keçmişdəki müvəffəqiyyətsiz əlaqələriniz heç bir zaman toxunmaq üçün doğru mövzu deyil. Xüsusilə ilk bir neçə görüşdə. Romantik yüklərinizi (Köhnə kişi yoldaşınızla nə etdiyinizi, onun sizi necə aldatdığı vs.) hələ tanımaya başladığınız birinin üzərinə boşaltmaq, xüsusilə bu adam sizin gələcək kişi yoldaşınız isə kişinin qaçmasına səbəb ola bilər.

Sənin üçün artığam
Onun üçün çox yaxşı olduğunuzu ağılınızdan keçirsəniz belə, əsla dilə gətirməyin. Gələcək kişi yoldaşınıza onun sizin standartlarınızın altında olduğunu söyləmək çox kobud bir davranış.

Həmişə telefonda
Bir görüşdə telefonlara cavab vermək problem deyil, amma telefonunuzu səssizə qoymaq onunla narahat edilmədən zaman keçirməyinizi təmin edər. Nəzakətli olmayan bir hərəkət deyil, amma davamlı telefonunuzla maraqlanıb onu əhəmiyyətli hesab etməsəniz bu heç də yaxşı olmaz. Daha da pisi, telefonda qışqıraraq danışan qız yoldaşınız görüşün necə getdiyini soruşursa bir az utana bilərsiniz.

Ümidsiz görünmək
Bioloji saatınız işləyir və gerçək bir əlaqəyə başlamanın zamanı gəldiyinimi düşünürsünüz? Elə isə belə işləri bir az ağırdan alın. Beləsinə ümidsiz görünmək bütün kişiləri qorxudacaq. Xüsusilə gəlin paltarı xəyallarınızdan, nə vaxt evlənmək istədiyinizdən və neçə uşaq istədiyinizdən daha ilk görüşdə bəhs etsəniz. Maralanın, amma çox da deyil. Hətta daha da yaxşısı onun sizi axtarışını gözləyin.

Özünüz olmamaq
Özünüz olmaq yerinə onun xoşlanacağını düşündüyünüz biri olmağa çalışmaq ən məşhur səhvlərdən biridir. Əgər özünüzü cazibədar olduğunuza razısala bilmirsinizsə, kişini onu layiq olduğunuza necə razı salacaqsınız? Özünüzü bir maska arxasına saxladığınızda yalnız onu deyil özünüzü də aldadırsınız. Onsuz da qarşınızdakı kişi doğru olanı görəcək və sizin səmimiyyətsizliyiniz və özünə inam əskikliyinizdən narahatlıq duyaraq qaçacaq.


Tarix: 13.05.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...