Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyalındakı "ağ atlı şəhzadə"ni serialda axtaran qadın...

Seriallar həyatımızın bir parçasına çevrilib. Bir çoxlarının, daha dəqiqliklə desək böyük bir kütlənin marağına səbəb olan bu seriallar bizdən nə alır?! İlk öncə bunu fiziki cəhətdən izah edək. Seriallara baxan geniş kütlənin demək olar ki, 90%-ni qadınlar təşkil edir. Bura həm işləyən, həm də evdar qadınlar daxildir. Sözsüz ki, evdar xanımlar daha çox üstünlük təşkil edir.
Yoldaşını işə, uşaqlarına isə bağçaya, məktəbə, universitetə və digər müvafiq yerlərə yola saldıqdan sonra bir çox qadınların evdəki “işi” seriallara baxmaqdan ibarətdir. Tez bir zamanda ev işlərini bitirir və saatlarla televizor qarşısında oturur. Vaxtının əksər hissəsini seriallara baxaraq itirir. Evə gələn uşaq yemək istədikdə isə “gözlə, indi reklam olacaq, yeməyini verərəm” deyə cavab verir. Uşaalarına, onların təhsilinə, ailəsinə yetərincə vaxt ayırmır.
Bütün günü serial qəhrəmanları, orada yaşanan hadisələr qadının xəyallarında öz növbəti süjet xəttini cızır. Bəzən kişi evə gəldikdə belə yemək hazır olmur. Yaranan münaqişələrdə qadın özünü haqlı çıxararaq, bütün gününü, həyatını ailəsinə həsr etdiyini və bunun müqabilində heç kimə lazım olmadığını qeyd edir. Bütün vaxtını, diqqətini, qayğısını almaqla bərabər, seriallar qadınların psixologiyasına da öz təsirini göstərir. Bəzən gecə qadınlar yatmağa uzanarkən belə gözlərini yumub özlərini serialdakı həyatda xəyal edirlər
Mənəvi cəhətdən qadınların psixologiyasında dərin bir iz açan bu seriallar bəzən ailələrin dağılmasına və ya erkən yaşda qızların ailə qurmamasına da səbəb olur. Cəmiyyətin hər bir təbəqəsinin üzvü - istər evdar qadın, istərsə də iş qadını bu serillara baxarkən öz çatışmayan cəhətlərini görür. Qadınlar seriallardakı münasibətlərə baxıb ordakı həyatı arzulayırlar. Oradakı kimi sevmək, sevilmək, gəzmək, əylənmək istəyirlər. Özlərini baş qəhrəmanın yerində təsəvvür edib, xəyallara qapılırlar. Varlı iş qadınları isə imkanlı ailələrin narkoman, oğru övlarları obrazında öz övladlarında, aldadan qadın və ya aldadılan qadın timsalında özlərini görürlər. Sözsüz seriallar da real həyatdan götürülən motivlər əsnasında çəkilir, lakin heç də həyatda hadisələr seriallardakı kimi cərəyan etmir.
Bu gün türk serialları Azərbaycanda çox sevilir və baxılır. Lakin çoxları orada tənqid olunan hadisələri özlərinə dərs kimi yox, düzgün hərəkət kimi qəbul edirlər. Pula görə hər şeyi satan övladlar, bacısını bacısının əri ilə aldadn qadınlar, qadın zorakılığı, yalanla sevgi qazanmaq istəyənlər, gündə bir sevgili dəyişən qızlar, övladlarına baxmaq əvəzinə onu dayəsinin yanına qoyub əyləncə dalınca qaçan analar, fikri-zikri ancaq geyinib bəzənib özünü göstərmək olan qızlar, gündə bir maşın dəyişən, pulu ilə hər şeyi ala biləcəyini zənn edən imkanlı ana-ata uşaqları və s. Bunlardan nə öyrənmək olar?! Bu tip seriallar gənclərin psixologiyasına çox böyük təsir edir. Qızlarımız ancaq gözəl geyinmək, əylənmək və bahalı maşınlarda gəzmək istəyir. Seriallardakı saf məhəbbətini görənlər, oradakı romantik oğlanı arzulayır, öz xəyallarında sevgilisinin obrazını yaradır və real həyatda rastlaşmayanda psixoloji cəhətdən sarsılır.
Seriallar bizi reallıqdan və milli mentalitemizdən uzaqlaşdırır. Və bir çox gənclərimizin pozulmasına səbəb olur. Baxdığımız hər bir filmdən, serialdan düzgün nəticə çıxarmaq lazımdır. Oradakı səhvləri həyatımızda təkrar etmək əvəzinə, səhvlərimizi düzəltmək və o cür hərəkətlərdən çəkinməyə çalışıb real həyatı seriallarla eyniləşdirməməliyik.


Tarix: 12.05.2013 / 18:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...