beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çantanız xarakteriniz haqqında nə deyir?

Psixoloqlar deyirlər ki, qadının portretini yaratmaq, onu tanımaq üçün sadəcə çantasına diqqət yetirmək kifayət edər. Forma, çantanı götürmə qaydası, ən əsası içindəkilər həmin xanım haqda əsil anketdır.
talyan alimlər araşdırma apararaq müəyyən ediblər ki, çanta və onun sahibi arasında müəyyən psixoloji təsir var. Onlardan bir neçəsi ilə tanış olaq.
Əgər qadın müsahibini xoşlamırsa o, çantasında qurdalanaraq nəsə axtarmağa başlayacaq.
Təhlükə və həyəcan zamanı qadınlar instinktiv olaraq çantasından yapışır. Xoşagəlməz insanlardan isə sədd şəklində qorunur.

Qadın ona xoş olan kişi ilə görüş və söhbət zamanı özündən asılı olmayaraq çantasını ona nümayiş etdirməyə başlayacaq. Çantanı həmin insana nə qədər yaxın tutsa, deməli o, qadına bir o qədər simpatikdir.
Əgər qadın kişiyə icazə verirsə onun çantasından nəsə götürsün bu tam inamın və simpatiyanın göstəricisidir.
Əgər qadın qəfil şəkildə çantasını başqa rəng və formaya dəyişirsə, deməli onun həyatında qlobal dəyişiklik vaxtıdır.
Qadın çantasının ölçü və formasına əsasən çox söz demək olar.

İri və rahat çantaları sevənlər işgüzar, fəal və çalışqandırlar, geniş dünyagörüşləri var. İstənilən işdə uğur qazana bilər. Rahatlığı xoşlayır, həyatı sevir və optimistdirlər.
Kiçik, zərif, bantlarla, daş-qaşla bəzədilmiş çantalara üstünlük verənlər xarici görünüşlərindən çox narahatdırlar, baxımlı və utancaqdırlar. Dəblə, gözəlliklə maraqlanır, uğurlu ər haqda xəyal edirlər.
Orta ölçüdə çanta xoşlayan xanımlar, adətən məqsədyönlü, həyati dəyərləri düzgün qiymətləndirən, ciddi və tələbkardırlar.
Zəncir, müxtəlif metal bəzək əşyaları ilə bəzədilən çantalar sahibləri üçün "qılınc və qalxan" rolunu oynayır. Bu özünəməxsus zireh növüdür ki, bununla qadın çətinlikdən, neqativ və anlaşılmaz hadisələrdən qorunur. Bu çantaları sevənlər güclü və təbiətcə dərin şəxsiyyətlərdir. Onlar ətraf aləmlə tam harmoniya yaratmaqda çətinlik çəkirlər.
Parlaq rəngli çantaları xoşlayanlar isə diqqət mərkəzində olmağı xoşlayır. Onların daim gözəlliklərini təsdiqə ehtiyacı var.
Bundan başqa özünə çanta tikən, toxuyan və ya müxtəlif detallarla bəzəyən xanımlar yaradıcı kreativdirlər. Onların çantası ikinci "mən"-dir. Onlar qeyri-adi, eksklüziv əşyalara üstünlük verir və öz evinin rahatlığını karyeradan üstün tutur.
Əgər qadın çantasını tez-tez dəyişirsə, müxtəlif rəng və formalı çantalara üstünlük verirsə, deməli o, hələ də özünü tapmayıb və çantaları dəyişərək müxtəlif obrazlara müraciət edir. Bu cür qadınlar adətən dəyişkən əhvalı və təbiətcə həssasdırlar.
Formadan başqa çantanı götürmə qaydası da qadın haqda çox söz deyə bilər.

Əgər çantanı kənarından tutursansa səni təbrik edirik, çünki sən özünə əminsən və ətrafdakıların düşündüyü səni qəti maraqlandırmır.
Əgər çantanı əlində tutursansa dəqiq, təmkinli, sanki əsl "ingilis ledisi"sən.
Əgər qolunu çantanın qulpundan keçirmisənsə bu səliqəyə, anlaşıylılığa aiddir. Sən yaxşı ev xanımısan. Əgər qolunu belə tərəf sıxmısansa bu o deməkdir ki, cəmiyyət arasında nüfuzunu qoruyub saxlamaqq istəyənlərdənsən.

Əgər çanta çiynindədirsə və əlin çiyinə doğru qalxıbsa (yəni, çantanın qulpundan əlinizlə tutmusunuzsa), sən daim hərəkətdə olmağı xoşlayırsan, cəsarətlisən, ünsiyyətcil və tənhalığı heç sevmirsən.
Əgər çanta çiynində qolun aşağıdadırsa və az hərəkətlidir, bu utancaqlıq və qapalılığın göstəricisidir. Əgər qolunuz sərbəst hərəkətdədirsə siz daxilən azadsınız və komplimentləri xoşlayırsınız.
Əgər sumkanı qoltuğunuzun altına sıxırsınızsa qapalı, hisslərinizi gec büruzə verən xanımsınız və sizi özünüzdən çıxarmaq demək olar k, mümkün deyil.


Tarix: 17.05.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri