beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Qadını

Əsrlər boyu türk qadını ictimai-siyasi həyatda nümunə olub,cəmiyyətin əsas qüvvələrindən birinə çevrilib.Tariximizin müəyyən dönəmlərində qadın hökmdar TomrisŞilk diplomat qadln Sara Xatun,Həcər və Nigar kimi tanınmış qəhrəman qadınlarımızla bu gün bütün xalqımız qürur duyur və fəxr edir.Elm,təhsil və səhiyyə sahələrində uğurlar qazanıb tanınan görkəmli oftolmoloq alim Zərifə Əliyeva,professor Adilə Namazova,ilk şərqşünas alim Aida İmanquliyeva və başqaları Azərbaycan qadınının adını yüksəklərə qaldırırlar.
Azərbaycan qadını öz iradəsi,mərdliyi,saflığı,sədaqəti ilə cəmiyyətimizin həyatında,xalqımızın milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır.Əsrlərin yaddaşında qalan izlər qadınlarımızın qəhrəmanlıqla dolu keçmişindən söz açır.Keşməkeşli inkişaf yolu keçmiş Azərbaycan qadını 20-ci əsrin əvvəllərində ölkəmizdə baş verən siyasi,iqtisadi və mədəni proseslərin fonunda daha da fəallaşırdı.Əhalinin 51 faizini təşkil edən qadınlarımızın bu gün cəmiyyətin həyatında mühüm rol oynamas ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin təntənəsi deməkdir.Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkə rəhbəri qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirmişdir: ”Qadınlar dünya tarixinin hər bir dövründə sülhün,əmin-analığın və dinc yaşamağın ən böyük təminatçısı olmuşdur”.
Müstəqil Azərbaycanımızın bu günkü istimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yeri vardır.Müasir dövrdə həyatımızın müxtəlif sahələrində çalışan Azərbaycan qadını istimai-siyasi həyatda mühüm rol oynayır,fəal mövqe tutur,öz zəkası,fədakarlığı, vətənpərvərliyi ilə fərqlənir.Bu gün ölkəmizin müstəqil dövlət kimi inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmasl və tanınmasında qadınlarımızın gördükləri işlər danılmazdır.Bu gün Azərbaycan qadınının səsi dünyanın ən nüfuzlu toplantı,yığıncaq və sammitlərindən gəlir.


Tarix: 17.05.2013 / 18:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri