beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mükəmməl qadın olmaq heç də çətin deyil

Qadınlar bəzən kişiləri qıcıq etmək üçün müxtəlif oyunlar oynayırlar.Lakin həddi aşdıqda kişini özünüzdən soyuda bilər, hətta əlaqənizə son qoya bilərsiniz. Tədqiqatçılar araşdırmalarda kişilərin bəyənmədiyi və diqqət etdiyi məqamları xanımların nəzərinə çatdırmışdır.



Xarici görünüş:









Kişini qadından soyudan səbəblərdən biri də baxımsızlıqdır.

* Tüklər - kişi bədəninə xas olmalıdır. Xüsusilə bığ nahiyəsində, ayaq barmaqlarının üstündə və beldə olan tüklərə diqqət edin. Kişilər bu mövzuda çox həssasdırlar.

* Hər zaman bizdən hündürdaban ayaqqabı geyinməyimizi gözləmirlər, ən azından ayaqqabılarımız təmiz və baxımlı olmalıdır. Əgər açıq ayaqqabı geyinirsinizsə, mütləq dırnaqlarınızın səliqəsinə fikir verin.

* Əgər hündürdabanda gəzə bilmirsinizsə heç geyinməyin.

* Dekolte geyinə bilirsinizsə geyinin, bilmirsinizsə geyinib onu dartışdırıb düzəltməyin.



Davranışınıza diqqət edin:


* Rəfiqələrinizlə görüşdükdə pıçıldamadan danışmağı öyrənin.

* 1000 il keçsə də kişilərin gözündə sürücü kişi olacaq. Buna görə də onların sürücülüyünü təndiq etməkdən əl çəkin.

* Qısqanclıq - sizi özünə inamsız kimi göstərməkdan başqa bir işə yaramır.



Kişilərin "sevimli" sözləri:








* "Mənimlə niyə maraqlanmırdın?" - çox üstünə getməyin.

* "Nə düşünürdün?" - cavabı olmayan suallar verməyin.

* " Bu nə deməkdir?"- hər sözdən dərin məna çıxartmayın.

* "Hmmm qərar verə verə bilmirəm, səncə?" -hər fürsətdə ona qərarsız olduğunuzu göstərməyin.




Zirvədəkilər:

* Dır dır dır dır.......

* Sizə elə gələ bilər ki, onlar sizin boyası getmiş dırnaqlarınızı görmür. Amma yanılırsınız. Onlar pozulmuş boyalı dırnaqları gördükdə dəli olurlar.

* Futbolu sevə bilərsiniz, amma kişilər qədər yox. Özünüzü texniki direktor kimi göstərməyin.



Və budur sürprizlər :)






Bunların kişiləri soyudan səbəb olduğu kimin ağlına gələrdi:

* Dodaqlarınızı öpülməli göstərdiyini zənn etdiyiniz parladıcı blesklər, sən demə onlara yapışqan kimi görünür.

* Qadınların ən çox qorxduqları, ondan qurtulmaq üçün külli miqdarda pul xərclədiyi sellülit 50 kişidən ancaq birinin ağlına gəlib. Odur ki, hec özünüzü sıxmayın


Tarix: 16.05.2013 / 18:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri