beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdarlıqda bunları bilirsinizmi?

• Qara parça yuyularkən təravətini itirməsin deyə, axırıncı dəfə yaxalandığı suya azca duz atılmalıdır.


• Qırmızı və mavi rəngli parçalar yuyularkən yaxalandığı suya sirkə, çəhrayı rənglilərə naşatır spirti əlavə edilərsə, rənglər öz parlağlığını saxlayar.


• Maxrovıy dəsmal və xalatın yumşaq qalması üçün yuyulduqdan sonra bir az duzlu suda saxlanılmalı və ütülənməməlidir.


• Şux göy və şux qırmızı rəngli parçalar rəngini uzun müddət saxlasınlar deyə, onları yaxalayanda suya çay sodası (1 litr suya 1 çay qaşığı çay sodası) əlavə etmək lazımdır.


• Güldandakı solmuş güllər insanı kədərləndirir. Nə etməli? Onların ömrünü necə uzatmalı? Güldanı açıq pəncərəyə yaxın (yelçəkən yerdə) və birbaşa günəş şuası düşən bir yerdə qoymayın. Onun suyunu hər gün dəyişin. (Su otaq tempraturunda olmalıdır). Suya marqans kristalı, yaxud mis pul atmaq olar ki, çürüdən bakteriyalar onda artmasın. Astra, xrizantem gülünün suyuna çox az miqdarda şəkər atın.
Güllərin suda qalan yarpaqlarını qoparın, yoxsa tez çürüyərlər.




Hər gün gülün kötüyünü iti bıçaqla azca kəsin ki, su gülün hər yerinə çatsın.


Qızılgülü səhər tezdən, tam açmamış halda dərin və onu güldana qoymamış, ləyəndə suda saxlayın.


• Biskvit xəmirinə nişasta əlavə etsəniz, hazırlanmış məmulat kövrək olar.


• Yağda qızardılacaq pirojkinin xəmiri çox yumşaq olmalıdır.


• 1 litr su ilə yarım stəkan naşatır spirtinin qarışığı kirlənmiş çətiri yaxşı təmizləyər.


• Əliniz yağlı boyaya bulaşmışsa, onu əvvəlcə bitki yağı ilə silin, sonra isə isti su və sabunla yuyun.


Tarix: 16.05.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri