beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın liderliyi

QADIN LİDERLİYİ - müxtelif dövlet ve ictimai idareetme seviyyelerinde qerarların hazırlanmasında ve qebul edilmesinde qadınların iştirakıdır. Qerarların qebul edilmesi sferasında gender beraberliyine nail olmaq üçün dövletden, siyasi partiyalardan ve vetendaş cemiyyetlerinden konkret seyler teleb olunur. Dövlet gender siyasetini Qanunların ve ya diger mecburi gösterişlerin kömeyi ile müeyyen edir.
Qadın liderliyinin formaları: siyasi, iqtisadi, ictimaidir.
• Siyasi formaya - qadınların dövlet hakimiyyetinin ali ve yerli Qanunverici ve İcraedici orqanlarında, o cümleden qadın dövlet rehberleri, siyasi partiyaların, BMT ve s. kimi beynelxalq teşkilatların rehberliyinde olması aid edilir.
• İqtisadi forma - qadınların iqtisadi meselelerle meşğul olan milli dövlet orqanlarında aparıcı mövqe tutması, o cümleden, idare, müessise ve teşkilatlarda rehber, yüksek idareetme nişanına malik beynelxalq ve regional maliyye müessiselerinde işçi olmasıdır.
• Qadın liderliyin ictimai forması - qadınların vetendaş cemiyyeti sferalarında, özünüidare orqanlarında, QHT-nın ictimai herekatlarında, kütlevi informasiya vasitelerinde temsil olunmasıdır.
BMT-nin «Qadınların siyasi hüquqları haqqında» Konvensiyasına (1953-cü il) müvafıq olaraq, «qadınlar açıq seçkiler teleb eden, milli qanunlarla tesis edilmiş qurumlara kişilerle beraber şertlerle seçile bilerler» (Madde 2) ve bu cür şertlerle «qadınlar ictimai-dövlet xidmetlerinde vezife tutmaq hüququna malikdirlir» (Madde 3). 1979-cu ilde BMT terefinden qebul edilmiş «Qadınlara qarşı münasibetde ayrı-seçkiliyin bütün formalarının leğv olunması haqqında» Konvensiya bütün dövletlerin qarşısına dövlet siyasetinin işlenmesi ve heyata keçirilmesinde qadınların kişilerle beraber şertlerde temsil olunmasına nail olmaq, qadınların beraber emek haqqı imkanlarını temin etmek öhdeliyi qoyur. Qadınların Veziyyetine dair IV Ümumdünya Konfransının Fealiyyet Platformasında (Pekin, 1995-ci il) gösterilir ki, qerarların hazırlanmasında qadın ve kişilerin beraberhüquqlu iştirakı demokratiyanı möhkemlendirir ve onun çerçivesinde fealiyyet imkanlarını genişlendirir.

Qedim Yunanıstanda, Afina polisinde yaranmış milli idareçilik ideya ve praktikası evveller vetendaş hesab olunmayan qadınların iştirakını teleb etmirdi. Din ve inkişaf eden bütün ictimai prosesler-böyük medeni intibah, inqilablar ve hüquqlar haqqında qanun kişilerin maraqlarını diqqet merkezinde saxlayırdı. «Azadlıq! Beraberlik! Qardaşlıq!» kimi demokratik şüarlar qadınlara yöneldilmemişdi. Yalnız XIX esrin sonlarında qadınlara kişilerle beraber sesverme hüquqlarının verilmesi prosesi başlandı. Yeni Zellandiya ve daha sonra Avstraliya qadınlara vetendaş statusu veren, 1893-cü ilden ise, onların milli seviyyede seçicilik hüquqlarını tanıyan ilk dövletlerden oldular. Senayesi güclü inkişaf etmiş ölkelerde qadınların seçkilerde iştirak hüququnun güvveye minmesi XX esrin evveline tesadüf edir. Qadınlar Finlandiya ve Norveçde 1906-1907-ci ilde, Danimarkada 1915-ci ilde, Almaniya, İsveç ve Böyük Britaniyada 1918-ci, ABŞ-da 1920-ci ilde, Fransada 1944-cü, İtaliyada 1945-ci, İsveçrede 1971-ci ilde sesverme hüququ qazanmışlar. Azerbaycanda ilk defe qadınların sesverme hüquqları barede meselenin 1907-ci ilde Çar Rusiyasının Dumasında Azerbaycanın nümayendesi Xasmemmedov qaldırmış ve Dumanın müselmanlar fraksiyasında gergin müzakirelerden sonra müsbet hell olunmasına nail olmuşdur. 1918-ci ilde I Azerbaycan Respublikası qadınların sesverme hüququnu tanımışdır. İnkişaf etmiş ölkelerin ekseriyyetinde qadınlar sesverme hüququnu müsteqillik hüququ ile bir vaxtda elde etdiler. Lakin qadınların ne vaxtdan seçki hüququnu elde etmesinden asılı olmayaraq, ekser ölkelerin siyasetinde qadın liderliyi ve qadın-kişi partnyorluğu problemi helledilmemiş qalır. Baxmayaraq ki, qadınlar seçicilerin yarısını teşkil edirler, onların payına parlamentde orta hesabla 10%, milli dövlet idarelerinde 6% yer düşür.
1994-cü ilin ortalarına aid melumatlara göre, qadınlar Nazirler Kabinetinin tam sayının ümumilikde 6%-ni, inkişaf etmiş ölkelerde 5%-i ve inkişaf etmiş senaye ölkelerinde 8%-i teşkil edirdiler. Bu göstericilere göre, birinci yeri Finlandiya (39%), ikinci yeri Norveç (35%), üçüncü yeri İsveç (34%), dördüncü yeri Hollandiya ve Seyşel adaları tutur (31%). 1995-ci ilin evvelinde dünyada ilk defe İsveçde her iki cinsin nümayendelerine qarşı tamamile beraber münasibetli Nazirler Kabineti formalaşdırıldı.
Qanunvericiliyin ümumi sayında qadın nümayendeliyi, 2001 il (%-le). – 10,5%
Uğurun zirvesine çatmağa çalışan qadın liderleri sıradan çıxaran, görünmez, lakin real mane - şüşe tavandır. Kişiler üçün bu cür manee mövcud deyil. Veziyyeti deyişmek meqsedile ABŞ-da ve Qerbi Avropada bir çox teşkilatlar ictimai fikrin tezyiqi altında «beraber imkanlar siyaseti» adlanan siyaset heyata keçirirler. Ancaq aydın olur ki, bu siyaset reallıqda heyata keçirilerken ve iş yerinde kişi personalı terefinden müqavimetle qarşılanır. Qadının rehberlik yolunda ciddi rolu cinslerin sosializasiyası ile bağlı maneeler oynayır: insanların ekseriyyeti qadının aşağı siyasi statusa malik olmasında sosial haqsızlıq görmürler. Qadın liderlerin keyfiyyetler sırasına göre kişi hemkarlarından ferqlenmemeklerine baxmayaraq, onların liderlik rolu üçün yararsızlığı haqqında sabit tesevvürler mövcuddur. Dünyanın müxtelif ölkelerinde qadınların sosiallaşması ele şekilde baş verib ve hazırda da baş verir ki, onların öz karyerasını ve siyasi cehdlerini güclendiren xüsusi ambisiyalar inkişaf etmir. Qadınlar üçün liderlik mektebi QHT olub. QHT-ye üzvlükde opponentler terefinden bu cür qarşıdurma mövcud deyil, ona göre ki, QHT siyasi fealiyyetle meşğul olmur. Qerar qebul edilmesinde kişilerin üstünlüyü ona getirib çıxarır ki, qadın maraqları nezere alınmır. Bu, onların, onsuz da, berabersizliye malik mövqelerini zeifledir ve mövcud gender rollarının aradan götürülmesinin qarşısını alır. Qadınların qerar qebulunun bütün seviyyelerinde ireli çekilmesi - ister qadınların özünden, isterse de dövletden sey teleb eden strategiyaların işlenmesini teleb edir.
Deyinenlerden bele qenaete gelmek olar ki, qadın lider ola biler. Ancaq bunun üçün o, ilk növbede öz hüquqlarını bilmeli ve onlardan öz fealiyyetlerinde düzgün istifade etmelidirler.
Azerbaycan Respublikasında qadın hüquqlarını qoruyan gözel qanunlar möcuddur ve bu qanunların icrasına nezaret ve icra eden qurumlar da hesabda işleyir. Ancaq buna baxmayaraq bir çox rayon ve kendlerimizde qadın hüquqları tapdalanır ve bütün bu dözülmez haqsızlıqlar mili mentalitet adında qeleme verirlir. Bizim telimimizin meqsedi, insan şüurunda müeyyen dönüşün temelini qoymaq ve gelecek neslin, milli medeniyyen enenelerimizi qoruyub saxlayaraq, daha proqressiv inkişaf istiqametinde addımlamaq imkanını yaratmaqdır. Her bir müselman üçün müqeddes sayılan “Qur’ani Kerim” de qadin hüquqları lazımı seviyyede eks etdirilib ve müqeddes hesab olunur. Qadın özü de müqeddes varlıq kimi tesvir edilir ve kişi qadını hemişe qorumalı ve onunla hesablaşmalıdır. Aile iki insanın bir yerde qebul etdikleri yükdür ve onu qurmaq, yaratmaq ve yaşatmaq hen qadının hem de kişinin Allah ve cemiyyet qarşısında borcudur. Bu meqsede çatmaq üçün ailenin qarşısına çox maneeler çıxa biler, lakin Ata-babalarımız demişken: “Güc birlikdedir”, “Tek elden ses çıxmaz” ve s. kelamlarını yadımıza salsaq görerik ki, heç bir manee birleşdirilmiş gücün qarşısında közülmez qala bilmez. Azerbaycan qadınlarının güclü potensialı olduğunu esirler boyu bütün dünyaya çatdıran minlerle qadın siyasetşilerimiz, alimlerimiz, medeniyyet ve incesenet xadimelerimiz olmuşdur. Müasir dövrde de Qadınlarımız istenilen sahelerde çalıçaraq öz meharetlerini gösterirler ve gösterecekler, ancaq onların aile terefinden desteklenmesi ve başa düşülmesi respublikamızın her bölqesinde eyni seviyyede deyil. Yuxarıda gösterilenleri nezere alsaq, kişiler qadınlara daha çox imkan, şerait yaratsalar, ve qadınlar öz güclerine inanıb, potensiallarını inkişaf etdirseler, hem ailesinin rifahı üçün, hem de cemiyyetimizin inkişafı üçün evezsiz töhveler vermeye qadirdiler. Bütün dünyada qebul olunmuş faktdır ki, qadınların fikirleri, istekleri, meslehetleri nezere alınmırsa, hemin dövletde, bögede, kendde, ailede - tereqqiden, yaşayış seviyyesinin yükselmesinden ve s. söz gede bilmez, bu mümkün deyil.
Beynelxalq analitikler isbat edibler ki, siyasi strukturlarda qadınların temsil olunma faizi 20 % den az olmamaq şerti ile temin olunarsa, dövletde, iqtisadi baxımdan seviyyesi aşağı olan insanların veziyyeti, tehsil ve sehiyye sahelerinin inkişafında real dönüşler müşahide edilir.
Demeli tereqqi biz qadınların elindedir, istesek ailemiz üçün de, cemiyyet üçün de faydalı ola bilerik. Bunun üçün bir qeder sey göstermek teleb olunur!


Tarix: 11.05.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 817 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri