beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tanımadığınız insanlara gülümsəyin

Tanımadığınız insanlara gülümsəyin
Növbəti dəfə küçəyə çıxacağınız zaman tanımadığınız insanlara daha gülər üzlü olmağı düşünə bilərsiniz. Alimlər, tanımadığımız insanlara gülümsəmənin insanlar arasındakı əlaqəni gücləndirdiyini, onları görməməzlikdən gəlmənin isə həmin an mənfi təsirlərə səbəb olduğunu etdikləri təcrübə ilə sübut etdilər. "Society for the Study of Motivation" jurnalında nümayiş olunan araşdırmaya görə, küçədə tanımadığı insanların gülümsəyərək salam verdiyi insanlar, heç kimin üzünə baxmadığı insanlara nisbətən özlərini insanlara daha çox bağlı və yaxın hiss edir. ABŞ-ın Indiana Universitetində ictimai psixoloq olan Eric Wesselmann, təcrübənin başçısı idi.



İzdihamdakı 239 piyada, bir təcrübənin içində olduqlarının fərqinə varmadan müşahidə edildi. Araşdırma qrupundakı insanlar, müşahidə edilənlərin yanından keçərkən ya gülümsəyərək salam verdilər, ya da onları görməməzlikdən gəldilər. Araşdırmaçılar, yanlarından keçənlərin sanki havaya baxırmış kimi reaksiyasız qaldıqları insanların sonrakı hallarına fokuslandılar. Görməməzlikdən gəlinənlər, bu təcrübənin dərhal ardından araşdırmaçıların təqdim etdiyi anketi doldurdular. Nəticədə, yanlarından keçən insanlarla çox az qarşılıqlı təsirdə olan və ya onların fərqinə belə varmayan dörd ayrı qrup anketə qatıldı. İştirakçılar, yanlarından keçənlərin bir araşdırmada iştirak etdiyini bilmirdi.





Alimlər, tanımadığı insanlardan gülərüzlü bir yanaşma görməyən insanların psixoloji bir ağrı hiss etdiyini ancaq bu ağrının fiziki ağrıya da çevrilə biləcəyinə diqqət çəkdi. Keçmişdə edilən araşdırmalar, təkliyin daha zəif bir immunitet sisteminə və ya arteriyaların sərtləşməsinə səbəb olduğunu göstərmişdi. Laboratoriya mühitində edilən təcrübələr, bir insanın qısa bir zaman üçün belə olsa (əhəmiyyətsiz bir kompüter oyunu oynanacağı zaman məsələn), kənar edildiyi zaman özlərini pis hiss etdiklərini göstərdi. Araşdırmaçıların əldə etdiyi əhəmiyyətli tapıntı isə tək qalan insanların verdiyi reaksiyanın təkamüllü olduğudur. Wesselmann, Live Scienceyə verdiyi müsahibədə, "İnsanlar ictimai heyvanlardırlar və qrup içində yaşamağa adaptasiya olublar... Əgər həyatda qalmaq üçün digərlərinə söykənirsinizsə, o qrupdan çıxarılsanız, ölü kimi olarsınız" dedi.


Tarix: 14.05.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri