beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin sevmədiyi qadın qoxuları

Qoxuların münasibətlərə təsiri sözsüz ki, böyükdür; sevdiyimiz insanları bəzən elə ətirlərinə görə yadımızda saxlayırıq. Xüsusilə kişilər sevdikləri qadınların ətirlərini heç vaxt unutmurlar.

Kişilərin ağıllarını başlarından çıxaran ətirlər kimi heç sevmədikləri qoxular da var. Bəs onlar hansılardır?

Sitruslar
Sitrus bitkilərinin ətri biz qadınların xoşuna gəlsə də, kişilər heç də belə hesab etmirmiş. Araşdırmalara görə, kişilər sitrus bitkilərinin qoxusunu çox bəsit hesab edir.

Qızılgül
Ən gözəl güllərdən biri olmasına baxmayaraq, kişiləri cəzb edən qoxu sayılmır. Qızılgül çox romantik ola bilər, amma çox heyif ki, qarşı cinsdə o qədər maraq oyatmır. Əgər gül ətirlərini sevirsinizsə, ən azından frezya və ya orxideya qoxulu ətirlər seçin.

Şokolad
Heç şübhəniz olmasın ki, şokolad kişilərin də sevimli dadlarındandır...Ancaq sevimli ətirlərindən deyil! Araşdırmalar göstərib ki, ləzzətli dadların qoxusunu özündə cəmləyən ətirlər kişilərdə “həddən artıq” təəssüratını oyadır. Ona görə çox şirin qoxulardan qaçın.
Şirin ətirləri sevirsinizsə, vanilli ətirlərdən istifadə edə bilərsiniz. Vanil qoxusu afrodizyaklardan hesab olunur.

Yemiş
Yemiş qoxusu ətirlərdən tutmuş saqqızlara qədər, - hər yerdə istifadə olunur. Buna baxmayaraq, kişilərin bu qoxuya heç dözümü yoxdur.

Santal ağacı
“Şərq” ab-havalı ətirləri kişilərin böyük əksəriyyəti bəyənir. Çünki bu ətirlər şəhvətli gəlir onlara. Ancaq həddən artıq “şərqlilik” də olmaz. Ona görə xəfif ətirlər həmişə canqurtarandır.


Tarix: 29.12.2012 / 18:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri