beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmtina edilməz qadın olmanın sirləri

Romantizim
Romantizmin arxasından qaçanlar yalnız qadınlar deyil. Kişilər də romantik qadınlardan xoşlanarlar. Romantik kişilər ancaq özü kimi bir qadınla münasibət qurmağa üstünlük verərlər. Onu əldə etmək istəyirsinizsə həddi aşmamaq şərti ilə romantik olmağı təcrübədən keçirə bilərsiniz

Seksual qadın
Kişilərin ağılları, fikrləri göründüyü qədəri ilə seksdə olmasa da ancaq seks onlar üçün həqiqətən əhəmiyyətlidir. Çünki onlar mətbəxdə bir aşbaz, uşaqlarıyla bir ana və yataq otağında tamamilə ehtiraslı bir qadın görmək istəyərlər. Onlar hər zaman onu cəzb edə bilecek və cilvəli rəftarıyla ağılını başından ala biləcək biri olmağınızı gözləyərlər. Unutmayın, əlinizdəki silahları doğru-düzgün yerdə və zamanda istifadə edə bilməlisiniz.


Səssizlik
Kişilər özlərinə zaman ayırmaq istəyirlər, hərdən də bir az özlərinə qapılmağı seçərlər və sizdən buna hörmət duymanızı gözləyirlər. Özlərinə aid müəyyən bir sahənin olması və zamanını ona ayırması sizdən sıxıldığı mənasına gəlməz. Onlar yalnız problemlərini rahatlıqla düşünə biləcəyi və həllini çıxara biləcəyi bir atmosferin varlığından xoşlanarlar.

Doğru danışan
Kim doğrunu eşitmək istəməz ki? Əlbəttə ki kişilər də istisna deyil. Boş düşüncələr və fikirlərlə başlarını yormaq istəməyən kişilər dürüstlüyə çox əhəmiyyət verirlərr. Onların da əsla qəbul etmədikləri və bağışlaya bilmədikləri bir şey varsa o da yalandır


Güldürə bilən qadınlar
Əgər siz qadınlar onu güldürə bilirsinizsə demək ki onun həyatında qətiliklə fərqli bir yeriniz olacaqdır. Kişilər şişirtmə halına gətirilməyən bir yumor anlayışına çox həssasdırlar və onlar bunu çox gözəl qiymətləndirirlər. Onları güldürən və ciddi hallarından uzaqlaşdırmağı bacara bilən qadınlar əlbəttə ki istədiklərinə asan qovuşacaqlar.


Tarix: 12.05.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri