beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdə ətir necə hazırlanar?

Sizi izah edən ovsunlayıcı qoxunuzu evdə özünüz etmək istəyərsinizmi? Təbiətdən gələn ovsunlayıcı qoxuların rəngi sizi qucaqlayacaq və çox rahatlaşdıracaq. Evdə ətir necə edilər, evdə ətir istehsalının pif nöqtələrini açıqlayaq.
Vəsaitlər:
1 qəhvə fincanı gül yarpağı,
yarım fincan spirt,
1 yemək qaşığı portağal qabığı rəndəsi,
1 çay qaşığı nanə,
2 ədəd qərənfil,
istəyə görə bir az şirin badam yağı.








Hazırlanması:
Ev ətiri etmək üçün 1 qəhvə fincanını dolduracaq qədər gül yarpaqları yarım fincan spirt içərisində 7 gün boyunca gözlədilər.
1 stəkan su qaynadılar və qaynadıqdan sonra içinə 1 yemək qaşığı qədər portağal rəndəsi, 1 çay qaşığı nanə ilə 2 dənə qərənfil əlavə edilib qarışıq 15 saat gözlədilər. 15 saat gözləyən qarışıq süzülər və 7 gün gözlədilmiş olan gül mayesi ilə bir-birinə qarışdırılar. Əldə edilən ev istehsalı ətir şüşə qabda və sərin yerdə saxlanmalıdır. İstifadə ediləcəyi zaman istəsəniz içinə bir az şirin badam yağı da əlavə edə bilərsiniz.


Tarix: 13.05.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri