Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın gecikməlidirmi?

-Sən başa düşmürsən ey.Sevən insan gözləməli idi.O isə bir kişinin edə biləcəyi ən pis hərəkəti etdi,-qız göz yaşları içərisində deyinirdi.

Rəfiqəsi başa düşmürdü problem nədir.Cavan oğlan görüşə gəlib,gözləyib.Mesaj yazıb,zəng edib,əsəbləşib,narahat olub.Sonra isə,hə bax bu sonra etdiyini rəfiqəsi ən pis hərəkət adlandırırdı,hətta lap gözəl ifadə etsək-mənim hisslərimə tüpürdü və getdi-deyirdi.Düşünmürdü ki indi burda göz yaşı axıtmaqdansa 2 saat gecikməmək lazım idi.

-Sən belə deyirsən,çünki özün sevmirsən.O məni sevirsə lazım gəlsə səhərəcən gözləməli idi-qız sakitləşmirdi...

Qadınlar həmişə gecikir.Bu faktdır.Hər birinin mesaj qutusunda yəqin ki belə bir şablon mesaj da var:”Oy,mən bu dəqiqə gəlirəm!”Hətta belə bir atalar məsəli də var ey,hicran nə qədər uzun olsa vüsal o qədər şirin olar-onu da əmin olun ki atalar deməyib,hansısa ulu-ulu-ulu nənə deyib.

Qadınlarda olan əsas instinktlərdən biri də budur ki,kişini sınamaq vacibdir.Dözümlülüyə qarşı.Onun hisslərinin səmimiliyinə və ciddiliyinə inanmaq üçün.Hətta orta əsrlərdə də cəngavərlər gözəl xanımın ürəyini fəth etmək üçün əjdahaları və yaxud rəqiblərini öldürməli olurdular.İndi bir qədər fərqlidir.Oğlanlara vaxtı öldürməyi təklif edirlər.Eyni məqsəd uğründa...

Vacib deyil qız nəyə görə gecikir.Güzgünün qarşısında bəzənir və ya yemək hazırlayır.Bəlkə başqa bir görüşü də var.O öz normal həyatını yaşayır.

Oğlan isə səfeh kimi gözləyir.Tez-tez saata baxır ki vaxtı izləsin.Cəngavərlərə də bu sınaq çətin gələrdi.Çünki zaman daha təhlükəlı rəqibdir.Hansısa əjdaha ilə savaşmaq daha asandır.Burda isə sən beyninlə mübarizə aparırsan.Belə dəqiqələrdə daha yaxşı anlayırsan ki həyat çox qısadır,onu mənasız gözləntiyə sərf etmək axmaqlıqdır.Gözləməyə məcbur edilən kişilər qaçırlar.


İndi qızlar deyəcək ki gözləməyə səbri çatmır,gedirsə getsin.Onun yeri elə oradır deməlıi.Sınaqdan çıxmadı.

Bəs qızlar düşünün ki siz nə istəyirdiniz axı?

Elə bilirsiniz 2 saat gözləyən kişidən yaxşı həyat yoldaşı olacaq?Səbirli və diqqətli?

Əlbəttə ki yox.O sadəcə tənbəl insandır vəssəlam.Ya da heç bir xarakteri,məqsədi olmayan zəif iradəli insan.Heç yerə tələsmir,heç bir vacib işi yoxdur.Belələrini heç zaman da müalicə etmir.

Qadınlar müqəddiməni xoşlayır,əsasən də münasibətlərdə.Ən uzun prelüdilər yazan bəstəkarlar da 2 saatlıq giriş yazmır,halbuki yaza bilərdi.Amma bəstəkarlar sevmirlər ki,dinləyiciləri musiqini dinləməkdən bezərək zalı tərk etsin,ona görə də hətta öz müsiqilərini belə qısaltmağa razıdırlar.

Çünki dinləyicilərinə hörmət edirlər.

Biz elə bir zamanda yaşayırıq ki hər şey dəqiqlik tələb edir.Daha hicran nə qədər uzun olarsa termini işləmir.

Cəngavərləri sınamaqdan indiyə qədər olan dövr ərzində qadınlar artıq müəyyən etməli idilər ki,nə qədər zaman lazımdır?

Limit harda tükənir?

Əgər kimsə bilirsə bölüşün bir-birinizlə.Və gözləyənə hörmət əlaməti olaraq gecikməyin.Axı gözlətdiyiniz həmin zamanı o sizinlə birlikdə keçirə bilərdi.


Tarix: 13.05.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...