beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlardan bədən dili dərsləri [özlər olaraq kişilər üçün]

Barmaqlar

Qadın barmaqları ilə tez-tez saçlarını darayır, yaxud düzəliş verirsə, demək qarşısındakı kişinin diqqətini çəkməyə çalışır. Bu, həm də qadının necə biri olduğunu da göstərir. Əgər əllərini saçına yavaş aparırsa, əsl eşq adamına rast gəlmisiniz! Yox, əgər tez-tez və sürətlə saçlarını darayırsa, bu, onun səbirsiz və utancaq olduğuna işarədir. Freydə görə, qadın barmaqları ilə stəkanın qırağına toxunursa, bu seksual mesajdır. Əgər barmaqlarını stəkanda yavaş hərəkət etdirirsə, qarşısındakı kişinin diqqətini çəkmək istəyir. Dırnaqları ilə ritm tutaraq stəkana döyəcləyirsə, səbirsizlik, yaxud “SOS” siqnal sayılır.


Fiziki təmas
Qadın kişiylə danışanda ona toxunursa, demək kişini cəlb etməyə çalışır. Əgər qadın güləndə kişinin qoluna toxunursa, ya da toxunmaq üçün fürsət axtarırsa, onu tovlamağa hazırlaşır.

Əllər
Qadının əlləri mühüm mesajdır. Əgər qadın sizlə danışanda əllərinə çox baxırsa, bu, onun utancaqlığının və sizdən xoşu gəlməyinin işarəsidir. Əgər çox utancaqdırsa, kişinin üzünə baxmağa utanır və fikrini ancaq öz əllərinə cəmləyə bilir. Yox, əgər əllərini ritmlə stola döyəcləyirsə, böyük ehtimalla onu qarşısındakı kişi çox hirsləndirib.

Qollar
Qadın qollarını çarpazlayıb belini divara dayayıbsa, onda nəyəsə hirslənib. Bu jest qadının kişiyə güvənmədiyi və onu sevmədiyini göstərir. Belə vəziyyətdə kişiyə heç kim kömək edə bilməz; nə zarafatlar, nə hədiyyələr. Kişinin həmin anda ata biləcəyi ən doğru addım qadından ayrılmaqdır.


Dodaqlar

Qarşısındakını cəlb etmək üçün qadınların istifadə etdikləri jestlərdən biri də tez-tez dodaqlarını islatmaqdır. Hətta öpülmək istəyi də var. Dodaqları dişləmək bəzən qadınların cəlbediciliyi kimi başa düşülür, bəzən də seksual mesaj kimi.


Gözlər
Bioloji olaraq kimdənsə, nədənsə xoşumuz gələndə göz bəbəklərimiz böyüyür, bəyənməyəndə kiçilir. Qadının sizi bəyəndiyini bilmək istəyirsinizsə, bəbəyiniz böyüyüb-böyümədiyinə diqqət yetirə bilərsiniz. Ancaq bu, çox çətindir. Bəzən səhv də ola bilər. Çünki qaranlıq məkanlarda bəbək böyüyür.

Qadın göz-gözə gəlməkdən çəkinmirsə, demək qarşısındakına xoş hisslər bəsləyir. Üz-üzə, göz-gözə uzun müddət danışa bilirsə, bu münasibət sevgiyə çevrilə bilər.

Ayaqlar
Ətək geyinən qadının ayaqlarının duruşu onun seksuallığından xəbər verir. Məsələn, bir ayağını digərinin üzərinə aşırıbsa, rahat və özünə inamlı biridir. Aşırdıqdan sonra ayaqları paralel olaraq yana meylləndirirsə, kişiyə “dəvət” yollamış sayılır.


Tarix: 12.05.2013 / 17:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri