beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç sual, bir cavab

Hər yolun bir ədəbi vardır. Allahı sevmənin də ədəbi vardır. Dərviş, yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki!

Bağçada güllərin yanında Mövlana ilə söhbət edirdik. Mövlananı ziyarətə bir qrup filosof gəldi. Sualları olduğunu bildirdilər. Mövlana onlara məni göstərərək.
— Mənim suallarımı cavablayandan soruşun- deyə mənə həvalə etdi. Bundan sonra, gələn filosoflar üç sual soruşmaq istədiklərini bildirdilər.
— Sualların nə olduğunu soruşdum. Onlar içlərindən birini başçı seçdilər. Bütün sualları o verəcəkdi. Soruşmağa başladı:
— Allah var dediniz, amma görünməz, göstər də inanaq.
— O biri sualı da ver -dedim
— Şeytanın atəşdən yaradıldığını söyləyirsiniz, sonra da odla ona əzab ediləcək deyirsiniz, heç atəş atəşə əzab verərmi? -dedi.
— Yaxşı, o birisini də soruş-dedim.
— Axirətdə hər kəs haqqını alacaq, etdiklərinin cəzasını çəkəcək deyirsiniz. Buraxın insanları nə istəyirlərsə etsinlər.- dedi.
— Bunlarmı suallarınız? İndi mənim arxamca gəlin sizə cavabları verim.
Qalxdım, bağça divarı üçün kərpic düzəldən müridlərin yanına gəldik. Yerdən qurumuş bir kərpic götürdüm və sualları verənin başına vurdum. Sual soruşmağa gələn filosoflar bunu görüb tez-tələsik Konya qazisinnin yanına getdilər.
Mövlana "İndi nə olacaq" deyər kimi baxırdı. Onun ağılından keçənləri oxudum. Narahat olma, gözlə gör, suallarının cavabını elə alacaq ki, Allahın dərgahına tövbəyə doğru yola gələcəklər. İndi məhkəmə işçisi bizi çağırana qədər namaz qılaq.
Yarım saat keçmişdi ki xəbər gəldi, bizi qazinin hüzuruna gətirdilər. Filosoflar da çaşmış halda orda idilər. Kərpici başına vurduğum başı sarılı vəziyyətdə olanları bir dəfə də bizim yanımızda izah etməyə başladı:
— Mən, sual verdim, o da cavabında başıma kərpic vurdu.-dedi
— Qazı məndən bu işin şərhini istədi.
-İzah etməyə başladım:
— Mənə, Allahı göstər də inanım- dedi. İndi bu filosof, başının ağrıdığını deyir, göstərsin də görək.
Filosof çaşqın halda:
— Ağrı var, amma göstərə bilmərəm- dedi.
— Allah da vardır, lakin görünməz.
Bu dəfə mənədən, şeytana odla necə əzab ediləcəyini soruşdu. Mən ona torpaqla vurdum. Torpaq onun başını incitdi. Halbuki, öz bədəni də torpaqdan
yaradıldı.
Yenə mənə: «Qoyun, hər kəsin ürəyi nə istəyir onu etsin. Buna görə bir haqq olmaz.»- dedi.
Mənim ürəyim onun başına kərpici vurmaq istədi və vurdum. Nə üçün haqqını axtarır?!


Tarix: 01.12.2014 / 17:50 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Maraqli Hekayeler