beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şarsatan və Zənci uşaq

Balaca zənci bir uşaq şəhərin lunaparkında gəzərkən bir satıcının əlindəki şarları seyr edirdi. Hər rəngdən və hər formada olan şarlar par par parıldayırdı.
Nə oldusa qırmızı bir şar bağlandığı yerdən açılaraq havaya qalxdı. uçdu, uçdu və nəhayət yerdən seçilməyəcək qədər yüksəldikdən sonra gözdən itdi.
Bu mənzərəni seyr etmək üçün toplaşan insan kütləsini görən satıcı daha bir şar buraxmanın yaxşı bir reklam olacağını düşünərək havaya parlaq sarı rəngdə bir şar daha buraxdı. Daha sonra bir dənə də ağ şar buraxdı.
Kiçik zənci uşaq, olduğu yerdən böyük bir heyranlıqla göydə uçan rəngarəng şarlara baxaraq:
"Əmi ...." dedi.
«Görəsən bir də qara rəngdə şar buraxsanız, o birilər qədər yüksələrmi?
Şarsatan kişi, anlayışlı bir baxışla uşağa təbəssüm edərək, qara rəngli bir şarı açdı. Barmaqlarını boşaldıb onu da havaya buraxarkən:
»Oğlum .." dedi, «Bizi yüksəldən xaricimizdəki rəng deyil, içimizdəki cövhərdir.»


Tarix: 01.12.2014 / 17:11 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqli Hekayeler