beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ata və oğul

Bir gün yaşlı bir ata oğlu ilə birlikdə parkda gəzirlər.Ata bir sərçə görür və işarə edərək soruşur :
-Oğlum bu nədi?
Oğlu deyir:
-Sərçədi,ata.
Atası yenə soruşur:
-Oğul bu nədi?
Oğlu hirslə deyir:
-Ata sərçədi!!
Bir az da keçir ata yenə soruşur:
Oğlum bu nədi?
Oğlu qışqıraraq :
-Sərçədi ata sərçə görmürsən???!!!
Elə bu an ata cibindəki dəftərçəni çıxarır və deyir:
Oğlum götür bunu və oxu deyərək dəftərçəni oğluna uzadır .Oğul oxuyur:
Bu gün balaca oğlumla parka getdik o bir sərçəni görüb düz 27 dəfə soruşdu
-Ata bu nədi?
Mən isə o hər 27 dəfə soruşanda onu qucaqladım və sevinclə dedim :
Sərçədi oğlum.
Yazı 35 il öncə yazılmışdı.
düşündürücü hekayələr


Tarix: 01.12.2014 / 17:12 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Hekayeler