Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən 10 inəyə dəyirəm!

İki dost gəmi ilə səyahətə çıxır və bir adaya yetişirlər.Adada bir tayfa başçısının iki qızı var idi.Böyüyü gözəl olsa da kiçiyi xoşagəlimli deyildi.Bir dost o birisinə deyir:"Tayfa başçısının qızı ilə evlənirəm." Dostu: "Böyük qızı çox gözəldir!". O biri dost:"Mən kiçik qızı ilə evlənirəm". Dostu:"Dəli olmusan?! Axı o elə də gözəl deyil". O biri dost:"Mən bunu edəcəyəm".

Dostlardan biri adada qalır,o birisi isə səyahətini davam etdirir. Tayfanın qaydalarına görə,yaxşı qızla evlənmək üçün oğlan qız evinə 10 inək verməli idi.Dənizçi tayfa başçısına 10 inəyi verib,deyir:"Qızınla evlənmək istəyirəm". Başçı:"Böyük qızım gözəl,ağıllıdır və 10 inəyə dəyir". Dənizçi:"Mən kiçik qızınızla evlənmək istəyirəm". Başçı:"Görmürsən,axı o...".Dənizçi:"Ancaq onunla evlənmək istəyirəm". Başçı:"Yaxşı,ancaq ədalət naminə o qızıma görə 10 inək götürə bilmərəm,3 inək kifayətdir". Beləliklə onlar evlənirlər.Bir neçə il keçir.Dənizçinin köhnə dostu gəmisi ilə onu ziyarət etməyə gəlir. Adada onun qarşısına gözəl bir qadın çıxır. Dənizçi ondan dostunun yaşadığı evi soruşur.Qadın da ona yolu göstərir. Dostlar görüşürlər.Dənizçi dostundan soruşur:"Necə yaşayırsan?". Dostu:"Çox xoşbəxtəm". Bu vaxt otağa həmin gözəl qadın daxil olur.Dostu dənizçiyə deyir:"Tanış ol,arvadımdı!". Dənizçi:"Sən ikinci dəfə evlənmisən?". Dostu:"Xeyir,bu həmin qadındır". Dənizçi:"Axı o necə belə dəyişib?". Dostu:"Özün ondan soruş". Dənizçi:"Əvvəl tamam başqa cür idiniz,sizi bu qədər gözəlləşdirən nə olub?". Qadın:"Sadəcə,günlərin bir günü başa düşdüm ki,mən 10 inəyə dəyirəm!".


Tarix: 01.12.2014 / 14:14 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqli Hekayeler
loading...