beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəhayət ki, bir yerə yığışacağıq.

Biz insanlar müxtəlif dillərdə, müxtəlif dinlərdə, müxtəlif inanclarda, müxtəlif ölkələrdə, müxtəlif təbiətlərdə, müxtəlif evlərdə yaşayırıq. Həqiqətən də bütünlüklə tam bir araya gəlməyimiz çox hallarda mümkün olmur. Elə hallar olur ki, müsəlmanlar gündəlik beş vaxt namazda birləşirlər, gündəlik namazlara gələ bilməyənlər ən azı həftənin Cümə günləri bir araya gəlirlər. Belə edə bilməyənlər hər ay ramazan ayında bir yerə gəlirlər.

Ən azı ömründə bir dəfə Həccdə insan kütləsi ilə görüşmək olur. Bundan başqa hər birimiz qohumlardan, dostlardan, yaxınlarımızdan biri dünyasını dəyişəndə bir araya gəlirik. Quhumlardan xeyir işi olanda, toyu olanda bir yerə toplaşırıq. Hansısa bir söhbət üçün, hansısa işi həyata keçirmək üçün bir araya gəlirik. İnsanlardan ayrı düşəndə bəzən insan Rəbbini daha çox düşünüb imanını artıra bilər, bəzən isə insanlardan ayrı düşəndə günahlara meyl edə bilər. İnsan tək qalanda daha sağlam qalır, yaxud da ətrafında olan Allah inanclı insanların yanında sağlamlığını qoruya bilir. Çox hallarda isə insan tək qalanda günahlara meyl edir və ətrafında olan insanlar yanında günah edəndə onu günaha sövq edə bilirlər. Həqiqətən də insan təsirə tez düşə bilir və düşdüyü mühitə uyğun ola bilir.
Nəticədə isə hər birimiz bir yerə cəm olunacağıq. Allah təala buyurur ki, “...Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayacaq. Allah Öz vədəsindən əsla dönməz!” (Ali-İmran (İmran ailəsi) surəsi, 9).
Allah təala bir çox möhkəm Quran ayələrində bizləri bir yerə toplamasını, toplayacağını xəbər vermişdir. Möhkəm ayələr dedikdə Quranda mənası və ifadəsi açıq-aşkar olan ayələr qəsd olunur. Çünki Qurani Kərim ayələri möhkəm və mütaşabeh olur.

. Bu da Quran elmlərindən sayılır. Möhkəm ayələr Quranın anası adlandırılır. Qeyd etdiyimiz ayə mənası düzgün başa düşülən ayədir. Burada uca Allah insanları bir yerə toplayacağını bizə xəbər verir. Hər bir insan Qiyamət günü dirildilib Allahın hüzuruna gətiriləcək. Özü ilə bərabər etdiyi bütün savabları, günahları da gətiriləcək. Yaşayan hər bir insan bunu təsdiq etməli, təsdiq etdikdən sonra özünü islah etməyə başlamalı və Allaha tərəf addım atmalıdır. Allaha tərəf addım atmaq demək Allahın nemətlərinin Allhdan olmağını etiraf etmək, imanını artıracaq xeyirli əməllərə yönəlmək deməkdir.

-----------------------
Əkrəm Həsənov (ilahiyyatçı).


Tarix: 08.04.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Maraqlı melumatlar