beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlənmək məqsədilə bir neçə qadına baxmaq olar?

Sual- Bilmək istəyirəm ki, evlənmək məqsədilə bir neçə qadına baxmağa şəriətdə icazə verilir, yoxsa onlara bir-bir baxmalıyıq, yəni yalnız birincidən xoşum gəlmirsə, o zaman digərlərinə baxmalıyam?

cavab- Həmd Allaha məxsusdur.

Evlilik təklif edəcəyəniz qadına baxmaq zərurətdən dolayı, əmin olmaq və qərar vermək, əl-Muğirə hədisi və digər hədislərdə zikr olunduğu kimi sünnəyə tabe olmaq üçün icazə verilmişdir. Lakin bunun üçün dörd şərt var:

Birinci şərt: evlilik məsələsində ciddilik olmalıdır (evlənən şəxs bunda ciddi olmalıdır).
İkinci şərt: kişi ilə qadın bir yerdə tək olmamalıdırlar (bir yerdə tək olmamalıdırlar).

Üçüncü şərt: fitnə qorxusu olmamalıdır (qadağanlarda, haramda uzaq olmalıdırlar).

Dördüncü şərt: şəriətdə buyrulmuş həddləri aşmamalıdır.

Yəni, (evlənən kəs) qadında adətən görünən şeylərə, atasına, qardaşına və digər məhrəmələrinə göstərdiyi hissələrə baxmalıdır. Buna əsaslanaraq, insan yalnız ciddi şəkildə evlənmək istədiyinə qərar verdiyi qadına baxmalıdır. Əgər ondan razı qalarsa, irəliyə addım atmalı, əks halda başqa birinə üz tutmalıdır. Allah daha yaxşı bilir.

----
Şeyx əl-Vəlid əl-Fəryan


Tarix: 06.04.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar