beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrək köçürmək olarmı?

sual-
Dostlarımdan biri öz böyrəyini böyrək çatışmamazlığından əziyyət çəkən qardaşına bağışladı. Amma ona deyilib ki, onun etdiyi bu əməl haramdır, çünki bədənimiz bizə verilmiş əmanətdir və bizdən həmin əmanət barədə Qiyamət günü soruşulacaqdır.

Cavab: Əgər həmin sahədə ixtisaslaşmış həkimlər böyrəyini verdikdən sonra onun zərər çəkməyəcəyi barədə qərara gəliblərsə və onlar həmin orqanın onun qardaşı üçün yararlı olacağına inanırlarsa, onda onun etdiyi əməldə heç bir xəta yoxdur. Əksinə inşallah Allah onu mükafatlandıracaq, çünki həmin şəxs başqa bir insanın sağalmasına kömək edib. Qüdrətli Allah buyurur: “...yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir”.
Allahın elçisi (salallaahu aleyhi və səlləm) demişdir: “Qul qardaşına kömək etdiyi müddətcə Qüdrət sahibi olan Allah da ona kömək edər. (Muslim no.2699)

Allah bizə doğru olanı etməkdə yardımçı olsun.

-------------
Fətəvə İsləmiyyə cild 8, səh.232, DARUSSALAM


Tarix: 06.04.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar