beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atasının razılığı olmadan oğul evlənə bilərmi?

Sual: Valideynlərinin razılığı olmadan bir oğlan bir müsəlman qızla evlənə bilərmi? Belə ki, oğlan həmin qızın dini bağlılığı və əxlaqına heyran olmuşdur.

Cavab: Həmd Allaha məxsusdur. Dininə bağlı və yüksək əxlaq sahibi bir qadını seçməkdə övlad heç bir səhvə yol vermir. Çünki bu Peyğəmbərin sallallahu aleyhi və səlləm evlilik barəsində etdiyi nəsihətidir. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Qadına dörd şeyə görə evlənilir: malı, nəsil-nəcabəti, gözəlliyi və yaxud dini bağlılığı. Sən dini olanını seç, əlin boş qalsa belə (əlin toza dəysə belə). (Əl-Buxari, 4802; Müslim, 1466)

Aşağıda siz və atanız üçün sizin məsələniz ilə əlaqədar Şeyx İbn Useymindən gözəl nəsihətlər var.

Şeyx Allah ona rəhmət etsin demişdir: “Sualınız iki məsləhətli məsələni sizin diqqətinizə çatdırmağı zəruri edir. Birinci məsələ sizin atanız barəsindədir. Sizin yüksək əxlaqlı və dini cəhətdən möhkəm olduğunu vəsf etdiyiniz bir qadınla evlənməyinizə icazə verməməkdə israr etməsi. Əgər qadın barəsində ona məlum olan və sizi inandırmaq üçün əsaslanandırıcı olan və sizi rahat etmək üçün bir şəri səbəb yoxdursa, onun üzərinə düşən sizin o qadınla evlənməyinizə icazə verməsidir. O bu məsələyə özü qiymət verməlidir: bir halda ki, atası dini cəhətdən möhkəm və yüksək əxlaqından heyran olduğu bir qadna evlənməyə icazə vermirsə, məgər o düşünmür ki, bu xəta və onun azadlığına məhdudiyyət qoymaqdır? Əgər o (oğlanın atasın) öz atasının ona bu cür davranmasını istəməzdisə, elə isə eyni davranışı öz oğluna qarşı necə edə bilər? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Özü üçün sevdiyini (istədiyini) öz qardaşına istəməyincə sizlərdən heç kəs həqiqi imana sahib ola bilməz”.

Heç bir üzrlü şəri səbəb olmadan sizin bu qadına evlənməyinzə atanızın icazə verməməyə haqqı yoxdur. Əgər üzrlü şəri bir səbəb varsa onu sizə açıqlamalıdır ki, siz məsələni başa düşəsiniz.

Sizə verilən nəsihətə gəldikdə, deyirik ki, əgər bu qadını unuda bilsəniz və başqa bir qadına evlənə bilsəniz, bununla da atanızı razı salmış olacaqsınız və sizinlə atanız arasında olan ixtilafdan qaçmış olacaqsınız- o zaman bunu edin.

Yox əgər bacarmasanız, ola bilsin ki, siz ona hissi olaraq artıq bağlanmısınız və həmçinin qorxursunuz ki, başqa bir qadına da evlilik təklifi versəniz, atanız yenə onunla evlənməyə mane olacaqdır-çünki bəzi insanlar hətta öz övladlarına qarşı belə qəlblərində paxıllıq və yaxud qısqanclıq hissi duyur və ona görə də öz övladlarının istədiklərinə nail olmağa mane olurlar-o halda, mən deyirəm ki, hal bu cürdürsə və səbr edə bilmirsinizsə, hissi cəhətdən bağlandığınız bu qadını unuda bilmirsinizsə, o zaman ona evlənməyinizdə günah yoxdur, hətta atanız etiraz etsə də. Ola bilsin ki, evləndikdən sonra, atanızı razı salacaqsınız və onun qəlbindəki hisslər keçib gedəcəkdir. Allahdan diləyimiz budur ki, O sizin üçün hər ikinizin marağında olanı yerinə yetirsin.

Fətəvə isləmiyyə, 4/193-194
Allah daha yaxşı bilir.


Tarix: 06.04.2013 / 14:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar