beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların cəzb etməsindən özümü necə xilas edim?

Sual: Sualı verməkdə məqsədim həqiqətən də mənim işlədiyim əməllərin yanlış olub-omadığı haqqında deyildir. Məqsədim mənim qarşılaşdığım bu problemdən necə əl çəkməyi öyrənməkdir. Mən özümü saxlaya bilmirəm və qızlarla danışıram və onlarla gəzməyə gedirəm. Bir qız mənimlə mazaqlaşanda elə bil ki, ona yox deyə bilmirəm. Sanki mənim beynim dayanır. Adətən həmin qızla getməli oluram və öpürəm. Ama Allaha həmd olsun bundan başqa şey etməmişəm. Mən etdiyim əməllərin səhv olduğunu bilirəm və sizi inandırım ki, hər görüşdən sonra özümü günahkar hiss edirəm, lakin nə edəcəyimi bilmirəm. Xahiş edirəm mənə kömək edin. Mən qadınlar məsələsində zəifəm və bilmirəm nə edim. Gündə 5 dəfə namaz qılıram, oruc tuturam, yaxşı olmağa çalışıram. Lakin qadın məsələsi gələndə özümü idarə edə bilmirəm. Köməyinizə görə əvvəlcədən sizə təşəkkür edirəm.

Cavab: Həmd Allaha məxsusdur.

Peyğəmbər sallallahu aleyhi və səlləm: “Özümdən sonra kişilər üçün qadınlardan daha zərərli bir fitnə (imtahan, sınaq) tərk etmədim”-buyurarkən doğru söyləmişdir. (Əl-Buxari 4706)

Həmçinin rəsulullah sallallahu aleyhi və səlləm buyurmuşdur: “Dünya şirindir və xoşdur. Allah sizi ona varis edəcək və sizin necə hərəkət edəcəyinizə baxacaq. Elə isə dünyadan (çəkinin) və qadınlardan (çəkinin) qorxun, çünki İsrail övladlarında ilk fitnə qadınların (əli ilə) olmuşdur”. (Müslim 4925)


Siz iki məsələni həll etməlisiniz, birini indi və digərini isə gələcəkdə. Sizin keçmişdəki pis davranışlarınıza gəldikdə elə indi Allaha səmimi qəlbdən tövbə etməli və günahlarınızı silmək üçün yaxşı əməllər etməlisiniz. Necə ki, İbn Məsudun radiyallahu anhu hədisinə varid olmuşdur ki, bir kişi bir qadını öpmüşdü (ona haram olan bir qadını) və o peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəlmişdi və ona bu barədə bildirərək demişdi: “Mən bağda bir qadınla rastlaşdım və onu qucaqladım, ona toxundum və öpdüm. İndi burdayam, istədiyin kimi mənim hökmümü ver”. O bunun günahını necə silmək barədə soruşmağa davam etdi və peyğəmbər sallallahu aleyhi və səlləm heç bir şey söyləmədi. Sonra Allah təala bu sözləri nazil etdi: “Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)”. (Hud 11:114) Kişi soruşdu: “Ey Allahın rəsulu, bu sadəcə mənə aiddir? O dedi: “Bu mənim bütün ümmətimə aiddir-(əl-Buxari 495; bəzi məlumatlar əl-Tirmizi, Əhməd, Müslim və İbn Macənin rəvayətlərindən götürülmüşdür)-ona görə də çoxlu ibadət və yaxşı əməllər et ki, Allah sənin tövbəni qəbul etsin.

Gələcəkdə etməli olduğunuz əmələ gəldikdə, fitnə və sərbəst qarışıqlıq (kişi və qadın və s.) olan yerlərə getmək olmaz. Çünki siz çox güman ki, orada qadınlar ilə rastlaşacaqsınız. Siz deyirsiniz ki, özünüzü idarə edə bilmirsiniz, elə isə nə üçün siz qadağan olunmuş tərzdə qadınlar ilə danışmaq üçün vaxtınızı keçirərək həmin yerlərə gedirsiniz və sonra da deyirsiniz ki, buna dözə bilmirsiniz? Sizin dediyiniz sözlər tamamilə qəbul olunmur. Siz həmin yerlərə getməkdən və fitnəyə aparan şeylərdən qaçınsanız, özünüzü buna məruz qoymasanız, özünüzü günaha düşməkdən qorumuş olacaqsınız. Allahdan qorxun, çünki Allah sizin necə hərəkət etdiyinizi və nə etdiyinizi görür. Sizi harama düşməyə səbəb olan yerlərə getməkdən çəkinin. Yadda saxlayın ki, nə qədər haram işlərə dalsanız, ondan qayıtmaq bir o qədər çətin olur, ona görə də bu problem kiçik ikən qarşısını alın. Yaxşı dostlardan möhkəm tutun və şərli şeylərdən və pis insanlardan uzaq durun. Namuslu qalmağınıza kömək edəcək hər bir şeyi edin. Məsələn evlənməyə tələsin və baxışlarınızı aşağı salın. Allahdan istəyirəm ki, sizi qadınların cəzb etməsindən, fitnəsindən qorusun. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin üzərinə olsun.


Tarix: 06.04.2013 / 14:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Maraqlı melumatlar