beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlənmək üçün münasib yaş neçə olmalıdır?

Sual: Kişi və qadınlar üçün uyğun evlilik yaşı neçədir? Çünki bəzi gənc qadınlar özlərindən yaşca böyük olanlardan evlilik təklifini qəbul etmirlər. Eynilə, bəzi kişilər özlərindən yaşca böyük olan qadınlar ilə evlənmir. Sizdən bu suallara cavab verməyinizi xahiş edirik. Və Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab:

Gənc qadınlara nəsihətim budur ki, onlar yaşca özlərindən on, iyirmi və yaxud otuz yaş böyük olan kişinin yaşını səbəb gətirərək onunla evlənməyi rədd etməsinlər. Bu səbəb deyildir. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm Aişəyə radiyallahu anhə özünün əlli üç, onun isə doqquz yaşında bir qız olduğu zaman evlənmişdi. Ona görə də yaşca böyük olmağın zərəri yoxdur. Qadının və yaxud kişinin yaşca böyük olması onun üçün günah sayılmır. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə radiyallahu anhə ilə özünün iyirmi beş, Xədicənin radiyallahu anhə isə qırx yaşı olduğu zaman, ona vəhy gəlməzdən əvvəl evlənmişdi. Belə ki, Xədicə radiyallahu anhə ondan sallallahu aleyhi və səlləm on beş yaş böyük idi. Sonra o sallallahu aleyhi və səlləm Aişə radiyallahu anhə ilə evləndi. Aişənin radiyallahu anhə altı və yaxud yeddi yaşı, onun sallallahu aleyhi və səlləm isə əlli üç yaşı var idi.

Radio və yaxud televiziyada danışanların çoxu yaş fərqləri olan kişi və qadınları evlənmək fikrindən daşındırırlar. Bunların hamısı yanlışdır və bu cür sözləri söyləmək onlara caiz deyil. Qadına vacibdir ki, öz (gələcək) həyat yoldaşına baxsın və kişi saleh, münasibdirsə, ondan yaşca böyük olsa da qadın razılaşsın. Eynilə, kişi də qadın yaşca ondan böyük isə, bununla belə cavan, hələ də doğan qadın isə saleh, dindar qadınla evlənməyə çalışmalıdır. Qısacası yaş fərqi üzr olmamalıdır və bu eyib bir şey sayılmamalıdır. Əsas odur ki, kişi və qadın saleh olsun. Allah hamımızın halını islah etsin.

Fətəvə isləmiyyə, cild 5, Nikah Kitabı, səh.169-170


Tarix: 05.04.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar