beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İt (paltarımı, qabı və s.) yalasa nə etmək lazımdır?

Sual: Bir kəs-görəsən it onun paltarının hər hansı bir hissəsini yalayıbdır deyə düşünür, lakin bunda əmin deyil. Bu halda o nə etməlidir? Bu paltarda namaz qılmaq olar? Mən həqiqətən də bunu bilmək istəyirəm. Çünki bu məni narahat edir. Çünki evdə itim var (Mən islam dinini yeni qəbul edənlərdənəm). Bəzən itin (evdı) harada dolaşdığını bilmirəm.

Cavab: Həmd Allaha məxsusdur.
İt saxlamaq haramdır. Kənd təsərrüfatı, ov məqsədilə saxlanılırsa və ya çoban (qoyunları və s. qorumaq üçün) itidirsə o zaman buna icazə verilir. Bunlardan başqa hər hansı it saxlamaq haramdır. Çünki it saxlamaq hər gün sahibinin savabından “bir qirat” azaldır. Başqa bir rəvayətə əsasən isə, “iki qirat” aparır. İcazə verilən məqsəd üçün saxlanılarsa, evdə qab və yaxud hər hansı bir şeyi yalayarsa, həmin şey təmizlənməlidir. Yeddi dəfə yuyulmalıdır, birincisi torpaq ilə təmizlənməlidir. İtin qabı yaladığından əmin olduğunuz halarda bu cür edilir. Lakin şübhəli hallara gəldikdə, bundan əmin deyiliksə o zaman bunu yumaq vacib deyil. Çünki burada əsas prinsip ondan ibarətdir ki, əşyalar təmizdir.


Tarix: 04.04.2013 / 21:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar