beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın üçün hansı yaxşıdır, Qurban bayramına getmək yoxsa evde

Sual: Qadın üçün hansı yaxşıdır, Qurban bayramına getmək yoxsa evdə oturmaq?

Cavab: Qurban Bayramına getmək onlar üçün daha əfzəldir, üstündür. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlara, hətta həddi-büluğa çatmış qızlara və bakirələrə-adətən (qızlar və bakirələr) bayıra çıxmırlar-Bayram namazına getmələrini əmr etmişdir. Rəsulullah sallallahu aleyhi və səlləm qadınların bayrama getmələrini əmr etmiş, heyzli qadınlara bayram üçün çıxmalarını lakin namazgahdan aralı durmalarını söyləmişdir. Ona görə də, heyzli qadınlar da digər qadınlar ilə birlikdə Bayrama getməli, lakin Bayram namazının qılındığı yerə daxil olmamalıdırlar. Çünki, Bayram namazının qılındığı yer məscid sayılır və heyzli qadınların məsciddə dayanması icazəli deyil. Lakin, məsələn oradan keçmələrinə və ehtiyac duyduqları bir şeyi götürmələrinə icazə verilir, bir şərtlə ki, orada durmasınlar. Buna əsaslanaraq biz deyirik:

“Qadınların bayram namazına getmələri və bu namazı kişilər ilə birlikdə əda etmələri əmr edilir. Çünki, orada xeyir, zikr və dualar hasil olur”.

Məcmu Fətəvəə Şeyx ibn Üseymin,16/210


Tarix: 03.04.2013 / 22:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar