beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saleh kişi yalnız saleh qadınla evlənir sözü doğrudurmu?

Sual: Qardaşlardan eşitmişəm ki, hər kəs özünə layiq biri ilə həyat qurur. Əgər bir kişi saleh biri isə, ona saleh bir qadın qismət olur. Belə olmadığı təqdirdə isə bu həmin insan üçün Allah tərəfindən bir sınaq ola bilər. Təəssüflər olsun ki, bu mövzuya dair hər hansı bir hədisə rastlaşmamışam və bu mözvu barədə mənə istiqamət verə və mövzuya dair məsləhət verə bilərsinizmi? Niyyətim odur ki, bu nəsihətləri mən də öz növbəmdə qardaş və bacılara çatdırım. Həmçinin mənə deyirlər ki, bir insan zina edərsə, Allah təala həmin insanı öz ailəsinin qadın üzvlərindən birinin zina etməsi ilə nəticələnməklə cəzasını verər. Bu doğrudurmu? Bir çox gənclər haram yolla özünə həyat yoldaşı axtarır. Mən onlara “əgər siz salehsinizsə eynilə saleh bir həyat yoldaşı sizə qismət olacaq, əks halda isə bu sizin üçün Allah tərəfdən bir sınaq ola bilər” deyə söyləyimmi? Çünki əgər bu doğrudursa, bir çox müsəlmanları haram işləməkdən çəkindirə bilər və daha yaxşı müsəlman olmaq üçün onları buna daha çox təşviq edər.

Cavab:

Həmd Allaha məxsusdur.

Bir insan özünə layiq bir kəslə və yaxud salehlik, fasiqlik baxımından özünə bənzər biri ilə evlənir deyə sizin bu barədə eşitdikləriniz doğru deyil. Buna aşağıdakılar dəlalət edir:

1.Allah təalanın Özünün hörmətli peyğəmbərləri Nuh və Lut (Onlara Allahın salamı olsun) barədə danışdığı hekayətdə, onların hər ikisinin zövcəsi kafir idilər. Allah təala buyurur: “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.” [ət-Təhrim 66:10]

2. İslam dini zinakar kişiyə iffətli qadın ilə evlənməyi və eləcə də, iffətli bir kişinin zinakar bir qadın ilə evlənməsini da qadağan edir. Bu göstərir ki, bu cür şey baş verə bilər və əslində adətən baş verir.

Allah təala buyurur:

“Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir.” [ən-Nur 24:3]

3. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurur ki, qadın ilə dörd şeyə görə nikah bağlanır: malına, gözəlliyinə, nəsil-nəcabətinə və yaxud dininə (imanına) görə və Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bunların arasından dindar olanı seçməsinə təşviq etməsi dəlalət edir ki, evlilik, nikah başqa səbəblər əsas tutularaq da baş verir, odur ki, bir kişinin özü kimi olmayan bir qadın ilə evlənməsi mümkün bir haldır.

Əbu Hüreyra (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini rəvayət edir: “Dörd xüsusiyyətə-var-dövlətə, nəsil-nəcabətə, gözəlliyə və dinə-görə qadınla nikah bağlanar. Din xüsusiyyətinə üstünlük versən əlin xeyirə çatar” Buxari, 4802; Müslim, 1466

4. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) vəlilərə, himayədarlara öz himayəsi, qayğısı altında olan qadınları dindar kişilər ilə evləndirməsini əmr etməsi həqiqəti dəlalət edir ki, evlilik başqa səbəblər əsas götürülərək də baş verir.

Əbu Hüreyra (Allah ondan razı olsun) demişdir: Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Əgər dinindən və əxlaqından razı qaldığınız biri evlilik üçün gəlsə (qızınızı və yaxud himayəniz altında olan qadınları)onunla evləndirin, bunu etmədiyiniz təqdirdə yer üzündə fitnə və çoxlu fəsad olar”. Tirmizi, 1084; İbn Macə, 1967; Əlbani “Silsilə əs-Sahihə”, 1022 əsərində hədisi səhih olaraq təsnif edib.

Odur ki, ailə qurmaq üçün özünə ömür dostu, həyat yoldaşı axtaran kəs dindar olanını və gözəl əxlaq sahibi olanı axtarmalıdır; eynilə, qadının valiləri də qadınları ərə verərkən onları yalnız dindar olana verməlidirlər. Çünki, insan yoldaşlıq, dostluq etdiyi kəsdən təsirlənir, təsirinə məruz qalır, əlalxüsus da bu dostluq uzun müddət davam edərsə. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun): “Kişi dostunun dini üzərindədir. Elə isə hər kəs baxıb görsün ki, kiminlə dostluq edir” Tirmizi, 2378; Əlbani “Səhih ət-Tirmizi”, 1937

“Kişi dostunun dini üzərindədir”, mənası odur ki, insan öz dostlarının vərdiş, adət və yolu ilə gedir, bunlara tabe olur. “Elə isə hər kəs baxıb görsün”, yəni bu barədə uzun-uzadı və ətraflı düşünsün, “Kiminlə dostluq edir” yəni, onun dost və qardaş hesab etdiyi kəsə baxsın. Odur ki, bir insanın dini, imanı və əxlaqından xoşunuz gəlirsə, onu özünə həmdəm tutsun və bu xüsusiyyətlər olmazsa, həmin insandan uzaq dursun. Çünki, əxlaqi keyfiyyətlər asanlıqla digər insana sirayət edir və insanlar ilə dostluq etmək həmin insanın yaxşı və yaxud pis olmasına təsir edir.

Qəzali demişdir: “Mənafeyi, marağı dünyəvi qazanc əldə etmək olan biri ilə oturub-durmaq, eynilə sizin də dünyəvi qazanclar dalınca qaçmanız ilə nəticələnəcək; zahid olan biri ilə oturub-durmaq dünyəvi qazanclar ardınca qaçmanıza təsir edərək bunu azaldacaq, çünki əxlaqi keyfiyyətlərə götürmək asanlıqla digər insana sirayət edir və bir insan hətta özü də bilmədən, bunun şüurunda olmadan bu xüsusiyyətləri özünə götürə bilər.

Tuhfat əl-Əhvəz

İkincisi:

Zina edən bir kişiyə gəldikdə, həmin insan ailəsi baxımdan Allah tərəfindən cəzalandıra bilər. Bu mənada hədis rəvayət olunub, lakin bu hədis uydurmadır, bununla belə mənası doğru ola bilər.

Ən doğrusunu Allah bilir.




Muhəmməd Saleh əl-Münəccid


Tarix: 02.04.2013 / 20:05 Müəllif: *Beyaz_Gul* Baxılıb: 278 Bölmə: Maraqlı melumatlar