beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərkibində spirt olan dərman vasitələri barədə hökm nədir?

Sual: Tərkibində müəyyən faiz spirt olan dərmanlar barədə hökm nədir?

Cavab: Həmd Allaha məxsusdur. Dərmanları spirt ilə qarışdırmaq qadağandır. Çünki, spirt kənara atılmalıdır. Rəvayət olunur ki, Əbu Səid əl-Xudri demişdir: “Bizdə bir yetimə məxsus şərab var idi və əl-Maidə (yəni, içkinin haram edilməsi barədə ayə) nazil olduqda mən Allahın Rəsulundan (Ona Allahın salavatı və salamı olsun) bu barədə soruşaraq dedim: “Bu yetimindir”. O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Boşalt getsin.” Tirmizi, 1263; Şeyx Əlbani “Səhih ət-Tirmizi”də bu hədisi səhih olaraq təsnif etmişdir.

İkincisi: Əgər dərman spirt ilə qarışıbsa və spirtin faizi dərmanda sərxoşedici təsir yaradacaq qədər çox isə, bu halda xamr (sərxoşedici) hesab edilir və bunu qəbul etmək haramdır. Əgər spirtin faizi çox aşağı isə və sərxoş etmirsə, bu halda bu dərmanı qəbul etmək olar.


Tarix: 02.04.2013 / 20:03 Müəllif: *Beyaz_Gul* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar