beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim Allahı çox zikr edərsə qəlbi rahatlıq tapar, vicdanı sakitləşər

Sual: Yeniyetmə vaxtlarında nəfsimi günahlar ilə yorurdum. Lakin İslamda vacib buyurulan namaz, kimi ibadətləri tərk etməmişdim. İndi isə bütün asiliklərdən ümumiyyətlə Allah tövbə etmişəm və lakin imanın şirinliyini itirmişəm, çaşqınlıq və narahatçılıq içində yaşayıram. Kəlimeyi-şəhadəti söylədikdə hiss edirəm ki, şəhadət qəlbimə nüfuz etmir. Qorxuram ki, Allah mənim qəlbimi möhürləyər. Xahiş edirəm mənə bir yol göstərin. Allah sizi mükafatlandırsın.

Cavab: Sizə tövsiyəmiz budur ki, tövbə etdiyinizə görə Allaha çoxlu həmd edin. Xeyirxah əməllər etməyi artırın, Rəbbiniz barədə gümanınızı gözəlləşdirin. Allahı bol-bol zikr edin, ayələrin üzərində təfəkkür edərək çoxlu Quran oxuyun, yaxşı insanlarla dostluq edin, şərli insanlardan uzaq durun, xeyirli işlər və gözəl aqibətlə müjdələyin.İnşallah sizə dediklərimə əməl etsəniz imanın şirinliyini, şəhadətin ləzzətini, saf niyyətli tövbənin ləzzətini dadacaqsınız. Allah Sübhənəhu və Təala buyurur:
“Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır” (ər-Rad, 2).
Allah Sübhənəhu və Təala buyurur:
“Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”(ən-Nur, 31).
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “İslam özündən əvvəl gələn günahları[1], tövbə özündən əvvəl olanları silər”.
Həmçinin, Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir:
“Günahdan tövbə edən günah etməmiş kimidir”. [2]
Kim Allahı zikr etməyi çoxaldarsa, tövbəsində doğru-dürüst olarsa, xoşbəxtliyə və qəlb rahatlığına qovuşar, vicdanı sakitləşər, Allah onun günahlarını silər. Qoy Allah sizi bu yolda sabit etsin, sizə doğru yolu bəxş etsin, həqiqətən O istənilənlərin ən Xeyirlisdir.

http://www.binbaz.org.sa/mat/1

---------------------
1Hədisin birinci hissəsi 121-saylı hədislə Muslimdə rəvayət olunub. İkinci hissəsi isə məşhurdur. İbn Kəsir Təfsirində bunu qeyd etmişdir. Lakin sunnə kitablarında mövcud deyil. Şeyx əl-Albani bu barədə belə demişdir: “Bunun mənbəyinin nə olduğunu bilmirəm”. Bax. “Zəif hədislər silsiləsi”, 1039-saylı hədis.

2 İbn Macə “Sunən”, 4250-saylı hədis. Şeyx əl-Albani hədisin təhqiqində bu çıxarışa əsasən həsən olduğunu bildirmişdir.


Tarix: 02.04.2013 / 19:38 Müəllif: *Beyaz_Gul* Baxılıb: 245 Bölmə: Maraqlı melumatlar