Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər insan Allahı ağlıyla və ruhuyla sevməlidir

Bir gün Peyğəmbərimiz (s.ə.v) Hz. Əlidən soruşar

-Ya Əli Allahı sevirsən?
-Bəli Ya Rəsulullah

-Yaxşı Məni sevirsənmi ?
— Bəli Ya Rəsulullah

-Yaxşı Həyat yoldaşını sevirsənmi?
-Bəli Ya Rəsulullah

-Yaxşı bəs uşaqlarını necə sevirsənmi?
-Bəli Ya Rəsulullah

-Yaxşı onda bunların hamısını ürəyində necə daşıyırsan?
— deyə soruşanda, Hz. Əli bu gözlənilməz sualın qabağında duruxdu və cavab vermədi.
-Bunu fikirləşməliyəm deyə Rəsulullahın yanından ayrılır.

Hz. Əli fikirli şəkildə gəzərkən,
Həyat yoldaşı Hz. Fatimə Onun fikirli olduğunu görür və soruşur.

«Nədir bu halın Ya Əli? Əgər bu düşündüklərin dünya qayğılarına görədirsə,
Sənə yaraşmaz dünya qayğıları haqda fikirləşmək, Yox əgər bu halın
İlahi qayğılarına görədirsə, anlat birlikdə həll yolunu tapmağa çalışaq» deyər.

Hz. Əli Peyğəmərimizlə danışdığı dialoqu bir-bir Hz. Fatiməyə danışmağa
başlayır. Hz. Fatimə bu halı öyrəndikdən sonra gülümsəyər və deyər.

Ya Əli Atama get və de ki;

Bir insan Allahı ağlıyla və ruhuyla sevər.

Peyğəmbərini qəlbi ilə sevər.

Həyat yoldaşını nəfəsi ilə sevər.

Uşaqlarını isə şəfqəti ilə sevər.


Tarix: 04.12.2014 / 12:12 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar
loading...