Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**CeBRaYiL(e)_Ve_eZRaYiL(e)**

Cəbrayıl əleyhissəllam
Peyğəmbərlərə vəhyi gətirmək,
Allahu-Təalanın əmir və
qadağalarını bildirməklə vəzifəli
mələk
Dört böyük mələkdən biri və ən
üstün olan Cəbrayıl
aleyhissəllamın adı Qur´ani-
Kərimdə Cibril, Rüh-ul-Emin və
Rüh-ul-Kuds olaraq keçməkdədir.
Cəbrayıl sözünün mənası Allahu-
Təalanın qulu deməkdir.
Cəbrayıla ayrıca Namüs-ı Əkbər
də deyilir.
Cəbrayıl aleyhissəllamın vəzifəsi
Allah ilə Peyğəmbər arasında
elçilikdir. Allahdan aldığı əmrləri
Peyğəmbərlərə bildirir.
Bütün kitab və vəhylər Cəbrayıl
vasitəsi ilə endirilmişdir. Qur´ani-
Kərimdə buyurulmuşdur: Ey
Məhəmməd! Qur´ani-Kərimi
sənin qəlbinə Ərəbcə Ruhu'l-Eınin
(Cəbrayıl) endirmişdir.
Cəbrayıl aleyhissəllam
Peyğəmbərə Məkkə
yaxınlğındakı Hira dağında
ibadətlə məşqul ikən gələrək ilk
vəhyi gətirmişdir. Cəbrayıl
aleyhissəllam hər şəklə girə
bilirdi.Cəbrayıl əleyhissəllam
bəzən də insan surətində gəlirdi.
Peyğəmbərimizə əsl simasıyla
Hira dağında və Miracdan
qayıdanda Sidret-ül-müntehada
olmaqla 2 dəfə görünmüşdür.
Cəbrayıl aleyhissəllam Eshab-ı
kiramdan çox yaraşıqlı bir gənç,
Dıhye-i Kelbi surətində gəlmişdir.
“Ona (Peyğəmbərə, bu Qur´anı)
üstün bir güc və hikmət sahibi
(Cəbrayıl) öyrətmişdir. (O)
görünüşü ilə valehedici bir
gözəlliyə sahibdir. (O) həmin
dəqiqə yüksəldi və O, ən yüksək
üfüqdə idi. Sonra yaxınlaşdı.
Onların arasındakı məsafə 2 yay
qədər idi və daha da yaxınlaşdı
və vəhyini bildirdi.
Cəbrayıl aleyhissəllam 23 ilə
yaxın bir müddətdə Qur´ani-
Kərim ayələrini müxtəlif
surətlərə girərək
Peyğəmbərimizə çatdırmışdır.
Mədinə şəhərində Yəhudi alimləri
kitablardakı elmə dayanaraq
Peyğəmbəri imtahan etmək üçün
bir neçə sual verirlər, Peyğəmbər
hamısına doğru cavab verir. Bu
dəfə sənə vəhyi gətirən mələk
kimdir deyə soruşurlar.
Rəsullallah (s.a.s.) “Cəbrayıl” deyə
cavab verir. Onlar O bizim
düşmənimizdir. Bizim vəhy
mələyimiz Mikayıldır. Mikayıl
sevinc, bolluq-bərəkt gətirir.
Sənə gələn o olsa idi iman
edərdik deyirlər.
Burada Allahu-Təala buyurur ki,
Ey Rəsulum de: Cəbrayıla
düşmən olan Allaha düşməndir.
Hər kim Cəbrayıla düşmandırsa,
kinindən azad olsun!
Şübhəsiz Allah inkar edənlərin
düşmənidir.
Həqiqətən Cəbrayıl daha əvvəl
endirilən ktabları təsdiq etməkdə
olan Qur´ani-Kərimi Allahın izni
ilə sənin qəlbinə endirdi və Qur
´ani-Kərim doğru yol göstərici,
möminlərə dərəcələrlə qurtuluşu
müjdələyəndir.
Cəbrayıl əleyhissəllam hər il bir
dəfə gəlib o ana qədər endirilmiş
olan Qur´ani-Kərimi Lövh-il
Məhfuzdakı sırasına görə
oxuyur.
Peyğəmbər də bunları eşidər və
təkrar edərdi.
Cəbrayıl əleyhissəllam Adəm
əleyhissəllama 10 dəfə, Nuh
əleyhissəllama 50 dəfə,
İbrahim əleyhissəllama 40 dəfə,
Musa əleyhissəllama 400 dəfə,
İsa əleyhissəllama 10 dəfə,
Məhəmməd əleyhissəllama isə
24000 dəfə gəlmişdir.
ƏZRAİL canımızı alacaq
Dörd böyük mələkdən biri.
Ruhları götürməklə vəzifəli olub,
Qurani Kərimdə "Mələk-ül-mevt"
yəni ölüm mələyi olaraq zikr
edilmişdir. Bu böyük mələyin
əmrində köməkçi mələklər də
vardır.
İslam dinində canlıları öldürən,
ölüləri dirildən, möhkəmləri xəstə
edən, xəstələri yaxşı
edən tək Allahu təaladır. Əzrail
əleyhissalam ölüm barəsində bir
səbəbdir, vasitədir.
Əzrail əleyhissalam qiyamətə
qədər bütün canlıların canını
almaga ya şəxsən özü və ya
əmrindəki mələklərlə davam
edər. Dinimiz, Əzrail
əleyhissalamın saleh və təmiz
Müsəlmanların ruhunu (canını)
alarken onlara çox gözəl şəkliylə
görünüb müjdələr verdiyini və
ağrılı eşitməyəcək şəkildə
ruhlarını cəsədlərindən ayırdığını
bildirməkdədir.
Günahkarların canı, ağrılı və
iztirab verilərək alınar. İbrahim
əleyhissalam, Əzrail
əleyhissalamın günahkarların
canını alma halındakı surətini
görüncə; "Ey can alan mələk! Bir
günahkar sənin bu şəklini
gördükdən sonra bir şey
görməsə ona yetər." demişdir.
İslam dinindən olmayanlar ilə
mürtəd (dindən çıxmış) və
pozğunların canları Əzrail
əleyhissalamın Naziat adındakı
köməkçiləri tərəfindən alınar.
Bunların canları çıxarkən
budaqları ən incə sinir uclarına
qədər çatan tikanlı bir çalınin
çəkilərək boğazından
çıxarılmasından daha şiddətli
ağrılı çəkəcəkləri bildirilmişdir.
Əzrail əleyhissalam; qiyamət
qopduqdan sonra, bütün
mələklərin də canını alacaq; ən
son Allahu təala da onun canını
alacaq və Allahu təaladan başqa
heç bir canlı qalmayacaq. Daha
sonra bütün canlılar dirildiləcək
və hesaba çəkiləcəklər, sonunda;
iman və əməllərinə görə Cənnət
və ya Cəhənnəmə
göndəriləcəklər


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 209 Bölmə: Maraqlı melumatlar
loading...