beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su içməyin müstəhəbatı və məkruhatı

Su içməkdə bir necə şey müstəhəbdir:

1. Suyu sovurmaqla içmək;
2. Gündüzlər ayaq üstə içmək;
3. Su içməkdən əvvəl «bismillah», axırda «əlhəmdu lillah demək;
4. Suyu üç dəfəyə içmək;
5. Meyli olanda su içmək;
6. Su içəndən sonra İmam Hüseyn (əleyhis- salam) və onun Əhli-beytini yad edib və qatillə- rinə lənət göndərsin: Salamullahi Hüseynişşəhid, Lənətullahi Yezidi Pəlid.

( Ayətullahül iizıııa Məhəmməd Fazil Lənkərani. «Tovzihil-məsail» risaləsinə əsasən. Qum şəhəri, İrəm xiyabani.)


Su içməyin məkruhatı:

Çox su içmək, piyli yeməklərdən sonra su içmək gecə ayaq üstə su içmək məkruhdur. Həmçinin suyu sol əllə içmək, qabın sınıq yerindən və dəstəyindən tutub içmək məkruhdur.

( Ayətullahül iizıııa Məhəmməd Fazil Lənkərani. «Tovzihil-məsail» risaləsinə əsasən. Qum şəhəri, İrəm xiyabani.)


Tarix: 06.06.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar