beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan olmaq nə gözəldir əslində

Dünyada nöqtəyəm bəlkə də. .Ama bilirəm ki gözəl bir nöqtəyəm əhəmiyyətli bir nöqtəyəm..
Səbəbmi, çünki insanam..

İnsan olmaq nə gözəldir əslində..

Hədəf təyin edəcək bir beyniminzin olması nə gözəl o hədəfə getmək hətta qaçmaq qaça bilmək nə gözəl...

Hər şeyi görə bilmək nə gözəl hətta baxa bilmək daha da gözəl..

İyləyə bilmək çiçəkləri nə gözəl

Toxuna bilmək tuta bilmək əllərinlə nə gözəl..

İnsanın bir ürəyi olması nə gözəl. .Sevdiğini gördüyündə dəli kimi çarpması nə həyəcan vericidir əslində..

Gülümsəmək həyata nə gözəl hətta qəhqəhələrlə gülə bilmək möcüzə..

Danışmaq nə gözəl, gözəl sözlər söyləmək, insanları xoşbəxt etmək möhtəşəm..

Yaza bilmək nə gözəl, hisslərini oxuya bilmək şeirləri uzaqdakıların duyğularını düşüncələrini..

Səbr edə bilmək elə gözəldir ki əslində çətin kimi görünsə də ən gözəlidir səbr..

Səbr et! Həyata səbirlə sığın, ölən ölür gedən gedir amma sənin üçün həyat davam edir, yenə acacaqsan, yatacaqsan və güləcəksən sən əstəsən də, istəsən də dünya dönür həyat sənin içində davam edir..

Səbr et! İnsanlardan sevgi , ünsəyyət, təşəkkür gözləmə. .Qarşılıqsız sev, qarşılıqsız ver, qarşılıqsız et. .Teşekkür və minnət gözləsən üzülər və həmişə kədərlənərsən..

Səbr et! Üzüntünə dərdinə xəstəliyinə. .Görəcəksən heç bir şey çarəsiz, ümidsiz , nəticəsiz deyil. .Her dərdin çarəsi hər xəstəliyin dərmanı vardır, sən sabret ki dərmanını görəsən. .Unutma ki xərçəng xəstəliyi belə çarəsiz kimi görünərkən ‘ümidlə'' yox olur insan bünyəsindən. Heç vaxt çarəsiz deyilsən. Əslində çarə sənsən. İçindəki ümiddir çarə, içindəki həyata olan sevgindir çarə..

Səbr et! Çünki ALLAH belə əmr etmiş bir çox ayəsində. .Boşuna söyləməmiş səbr edin deyə. .Senin üçün ən xeyirlisini mütləq verəcək Yaradan, yeterki səbr et gözləməyi bil..
Nə gözəldir insan olmaq. .Ne gözəldir danışa bilmək, qaça bilmək, izah edə bilmək,anlaya bilmək və şükr edə bilmək, səbr edə bilmək.


Tarix: 03.12.2014 / 15:18 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar