beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salavatın Savabının Hesabatı

Allahın Rəsulu (s) buyurur: "Meracda bir mələk gördüm ki, minlərlə əli vardır və hər bir əlində minlərlə barmağı vardır, hər bir barmağında minlərlə bənd vardır.
O Mələk dedi: Mən dənizə və səhraya düşən yağış suyunun dənələrinin sayını bilirəm. Yaradılışın əvvəlindən indiyə qədər yağış dənələrinin sayını da bilirəm. Amma bir hesab var ki, mən onu hesablamaqda acizəm.
Allahın Rəsulu (s) buyurdu: O, nədir?
Dedi: Sənin ümmətindən bir dəstə camaat birləşib birlikdə sənə salavat göndərərkən bu salavatın savabını hesablamaqda aciz olaram.
SALAVATI YAZMAQ
Allahın Rəsulu (səlləllahu əleyhi və səlləm) buyurur: " Hər kim bir kitabda, ya bir yazıda mənə salavat yazsa mənim adım o kitabda qalana qədər mələklər haqq dərgahından onun bağışlanmasını istəyərlər.
NAQİS SALAVAT
Həzrət buyurur: " Hər kəs ailəmə yox, təkcə mənə salavat göndərsə Behiştin qoxusu ona çatmayacaq. Bir halda ki, Behiştin qoxusu 500 illik yoldan hiss olunur.”

Salavat Hacətin Yerinə Yetirilməsidir
Həzrət buyurur: " Sizin mənə salavat göndərməyiniz hacətlərinizin qəbul olmasına səbəb olar, Allahı sizdən razı salar və əməllərinizi pak edər.”


Tarix: 04.12.2014 / 11:02 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı melumatlar