beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümdən qabaq soruşulması lazımolan 40 sual

1 - Haradan gəldim və hara gedirəm?

2- Bu dünyaya mən nə üçün gəldim?

3- Özüm üçün istədiyimi başqaları üçün də istəyirəmmi?

4- Cəmiyyət və insanlıq üçün nə etdim?

5- Məni xatırladacaq hansı işləri gördüm?

6- Bir əsr əvvəlki insanlar indi haradadır?

7- Həyatımda ən çox nəyə dəyər verirəm?

8- İçimdəki mən ilə əməlim uyğunlaşırmı?

9- Bir gün sonra öləcəyimi bilsəm, nə etmək istəyərdim?

10- Etdiyim səhvlərin hesabatını verə biləcək səbəblərim varmı?

11- Həyatda ən çox əhəmiyyət verdiyim şey nədir? Niyə?

12- Peşman olduğum hərəkətləri təkrar edirəmmi?

13- Əlimdə çox böyük imkanlarım olsa, başqaları üçün nə edərdim?

14- Əlimdə olan imkanlarımın, öldükdən sonra mənə nə faydası olacaq?

15- Tənha qaldıqda ən çox nə haqda düşünürəm?

16- Səhvlərdən nəticə çıxardırammı?

17- Özümdə dəyişdirmək istədiyim ən vacib şey nədir?

18- Özümü daxilən təmin etmək üçün nələr edirəm?

19- Özümə kimi nümunə götürürəm? Belə bir şəxs varmı?

20- Hansı daha əhəmiyyətlidir: müvəffəqiyyətlərim, yoxsa qürurum?

21- Başqalarıyla ən çox nəyi bölüşürəm?

22- Məni ən çox nə xoşbəxt edir? Niyə?

23- Səhv etməmək üçün hansı işləri görürəm?

24- Ən çox nəyi sevirəm? Nə üçün?

25- Ən çox nədən qorxuram? Niyə?

26- Axirətə köç edən qohumlarımı və yaxınlarımı xatırlayırammı?

27- Mən də axirətə köç etdikdə məni xatırladacaq hansı işləri görürəm?

28- Pis vərdişlərimdən imtinaya cəhd göstərirəmmi?

29- Hansı yaxşı vərdişlərim var, başqalarına faydası olurmu?

30- Həyatın mənası nədir, mən nə üçün yaşayıram?

31- Ən çox birlikdə olduğum 5 adamın xüsusiyyətləri nələrdir?

32- Yaşlandıqda mənimlə ən çox kim maraqlanacaq?

33- Sevdiyim şəxslərlə daha çox vaxt ayırmaq üçün hansı işləri görürəm?

34- Qapı qonşumla əlaqələrim necədir?

35- Etdiyim səhvlərə görə üzr istəyirəmmi?

36- Halımdan razıyam, yoxsa şikayətçi? Niyə?

37- Özümü kimlərlə müqayisə edirəm?

38- Gələcəkdə özümü bir insan kimi necə görmək istəyirəm?

39- Qazancımın nə qədəri alın təridir?

40- Səhər yuxudan durduqda nə haqda düşünürəm?


Tarix: 03.12.2014 / 15:18 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı melumatlar